logo

Avis Apteklər Şəbəkəsi

Vakansiya sayı: 2

Şirkət haqqında

Şirkətin əsası 1998 – ci ilin yanvar ayında qoyulmuşdur. İlk aptek Elmlər Akademiyası metrosu yaxınlığında «İstanbul» adı altında açılmışdır. Avisin missiya və vizyonunun əsasını təşkil edən «İstanbul» aptek xalqa sözün əsl mənasında inam və yüksək xidmət nümayiş etdirirdi. Çox qısa müddətdə aptekimizin əks sədası ölkəmizin müxtəlif regionlarından da gəlməyə başladı. Xalqın bu etimadı qısa müddətdə 2-ci şöbənin də açılmasını labüd etdi. Elə həmin ilin sentyabr ayında şəhərin «tarqovaya» adlanan bölgəsində R.Rza küçəsi, 23/7 ünvanında 2-ci aptekimiz «Avropa» istifadəyə verildi. «Avropa» apteki o vaxtın ən görünüşlü və örnək apteki oldu. Aptek nəinki yerli xalqın, hətta xarici qonaqların da diqqətini cəlb edərək onları valeh edirdi. Gülərüzlü və bilikli personal da dövrün fərqliliklərindən idi.


Bu məqamda Avis sözünün meydana gəlmə tarixçəsini qısaca da olsa nəzərinizə çatdırmaq istəyirik: 2005-ci ilə kimi 2 apteklə təmsil olunan şirkət vaxtla qazanmış və yaşamış olduğu dəyərləri vahid ad altında birləşdirmək, marka olmaq istədi. Bunun üçün də bu dəyərləri yaşayan personallar arasında «ad tapma yarışması» başladı. 2 aptekin 2 başlanğıc hərflərindən ibarət olan «AVİS» adı bütün tələblərə cavab verdiyi üçün seçilmiş oldu. Fəaliyyətdə olan şirkət apteklərinin hər üçü də «AVİS» adı altında birləşdirildi.


Missiyamız:

SAĞLAM HƏYAT KEYFİYYƏTİNİ YÜKSƏLTMƏK!


Vizyonumuz:

İNSANYÖNLÜ XİDMƏTİ ƏSAS ALARAQ ÖZ SAHƏSİNDƏ QABAQCIL VƏ NÜMUNƏVİ SƏHİYYƏ MÜƏSSİSƏSİ OLMAQ!


Dəyərlərimiz:

İNAM

MƏMNUNİYYƏT

PEŞƏKARLIQ

DAİMİ İNKİŞAF

SOSİAL MƏSULİYYƏT

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: