
AzerFloat
- Əlaqə nömrəsi: +994 12 525 15 27
- E-poçt: [email protected]
- Vebsayt: www.azerfloat.az
- Ünvan: Bakı şəh, Koroğlu Rəhimov küç. 57-57A, AZ1072
Şirkət haqqında
Azerfloat" Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasında qeyri-neft sənayesinin inkişafına xidmət edən başlıca şirkətlərdən biri olaraq ölkənin iqtisadiyyatına əhəmiyyətli töhfələr verir. Şirkət çox qısa zamanda həm yerli vərəqə şüşə bazarında müsbət dinamika yaratdı, həm də münasib qiymətə yüksək keyfiyyət axtarışında olan regional şüşə emalatçıları üçün əvəzolunmaz ünvana çevrildi. Şirkətin cari müştəri portfelinə Böyük Britaniya, İspaniya, İrlandiya, Hollandiya, Polşa, İsrail, Türkiyə, Ukrayna, Gürcüstan və Rusiya kimi Avrasiya və Yaxın Şərq regionunun müxtəlif ölkələrində fəaliyyət göstərən şirkətlər daxildir.
Şirkət 2017-ci ildə Sumqayıt Kimya Sənaye Parkının rezidentliyi hüququnu əldə edərək istehsal fəaliyyətini yüksək effektivliklə həyata keçirməyə imkan verən güclü infrastruktur şəbəkəsinə çıxış əldə etmişdir. 2021-ci ilin əvvəlində məhsullarını yerli və xarici bazalarda satışa çıxaran Şirkət tez bir zamanda münasib qiymətə yüksək keyfiyyətli şüşə təchizatçısı reputasiyasını qazandı. O vaxtdan həm daxili, həm də xarici bazarlarda Azerfloat şüşəsinə davamlı artan tələbatla ayaqlaşmaq Şirkətin başlıca qayğısıdır!