logo

Flazer

Vakansiya sayı: 1
  • E-poçt: [email protected]
  • Ünvan: Azərbaycan, Bakı, Bakıxanov qəsəbəsi, B. Bünyadov küçəsi 12M

Şirkət haqqında

Şirkətin əsası 2018-ci ildə qoyulmuşdur. İstehsal sahəmiz üç qatlı, beş qatlı və mikro büzməli karton, həmçinin geniş çeşidli qablaşdırma məhsulların istehsalı üçün lazım olan müasir avadınlıqlarla təhciz edilmişdir. 


FLAZER şirkəti müxtəlif məhsullar üzrə büzməli karton qablaşdırmanın istehsalı və satışını həyata keçirir. Müasir istehsalat müəssisəsi olan və istənilən mürəkkəblikdə büzməli karton qablaşdırma məhsulları istehsal edən fabrik Bakı şəhərində yerləşir. 


"FLAZER" Məhdud Məsuliyyətli Cəmiyyəti – büzməli karton və aidiyyatı qablaşdırma məhsulları istehsalı üzrə Azərbaycanda böyük şirkətlərdən biridir. Şirkətimiz İSO 9001 Keyfiyyət İdarəetmə sistemi sertifikatı əsasında fəaliyyət göstərir. Bu sertifikatla bir təşkilat, istehsal etdiyi və müştərilərinə təqdim etdiyi mal və xidmətlərin beynəlxalq səviyyədə qəbul edilmiş bir standarta uyğun istehsal edildiyini göstərir. Fəaliyyətimiz hər bir müştəriyə fərdi yanaşma və göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi prinsiplərinə əsaslanır. Çünki hər bir müştəri bizim üçün - uğur tariximizin yeni səhifəsidir.


Yerindən asılı olmayaraq, istər ofis olsun, istərsə də istehsalat ərazisi, BİR KOMANDA olaraq çalışmağa çalışırıq. 

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: