N1 Çörək Zavodu
Vakansiya sayı: 1
- Əlaqə nömrəsi: +994 12 565 26 67
- E-poçt: [email protected]
- Vebsayt: www.n1chorek.az
- Ünvan: Bakı, Azərbaycan Xətai rayonu, Aşıq Ələsgər küç 15A
Şirkət haqqında
“Xəzri TN” MMC-yə məxsus ümumi sahəsi 3 hektara yaxın olan №1 Çörək Zavodunun tikintisinə 2012-ci ildə başlanmışdır. Xətai rayonu Əhmədli qəsəbəsində yerləşən, ən müasir standartlara cavab verən zavodun açılışı 18 oktyabr 2013-cü ildə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin iştirakı ilə həyata keçirilmişdir.
Ərzaq təhlükəsizliyinin və əhalinin keyfiyyətli çörək məhsulları ilə təmin edilməsi üçün zavod Almaniyanın Werner & Pfleiderer şirkətinə məxsus ən son texnologiya və avadanlıqlarla təchiz olunmuşdur.
Günlük istehsal gücü 150 ton olan çörək zavodunda istehsal prosesi tam avtomatlaşdırılmışdır.