SABIS® SUN International School
- Əlaqə nömrəsi: +994 12 404 74 44
- E-poçt: [email protected]
- Vebsayt: www.sabissun.sabis.net
- Ünvan: Binə qəsəbəsi, Zığ şossesi 22-ci km., H.Əliyev adına Beynəlxalq hava limanı istiqaməti
Şirkət haqqında
SABIS® SUN Beynəlxalq Məktəbi (SABIS® SUN) 1 sentyabr 2015-ci il tarixində qapılarını məktəbəqədər təhsil səviyyəsindən 8-ci sinfə qədər olan şagirdlərin üzünə açmışdır və hər il yeni bir sinif əlavə olunur. Hal-hazırda məktəbdə məktəbəqədər təhsil səviyyəsindən 12-ci sinfə qədər olan şagirdlər təhsil alır. Məktəb Xəyal Adası inkişaf layihəsi daxilində 67 000 kvadrat metr sahəyə malik şəhərcikdə yerləşir.
SABIS® Şəbəkəsinə üzv olan digər məktəblərdə olduğu kimi, SABIS® SUN həm yerli, həm də beynəlxalq icmalara xidmət göstərən çoxmillətli, qeyri-selektiv, birgə təhsil verən, müstəqil, ingilis dilli əyani məktəbidir.
SABIS® SUN Beynəlxalq Məktəbində İngilis dili Azərbaycan ədəbiyyatı, coğrafiyası və tarixi istisna olmaqla bütün akademik fənnlərin tədrisində əsas dildir.
İngilis dili birinci dil və dövlət dili olaraq Azərbaycan dilindən əlavə, 2018-2019-cu tədris ilindən başlayaraq SABIS® SUN Beynəlxalq Məktəbi Rus dilinin tədrisinə olduğu qaydada davam edəcək və Fransız dilini 3-cü dil kimi təqdim edəcək.