
- Kateqoriya: Maliyyə
- Şəhər: Bakı
- Ünvan: Ağ Şəhər
- İş təcrübəsi: 3-5 il
- Maaş: Müsahibə əsasında
- Təhsil: Bakalavr
- İş rejimi: Tam-ştat
- Elan ID: 13804
- E-poçt: [email protected]
- Elanın yerləşdirmə tarixi: 04.06.2025
- Elanın bitmə tarixi: 04.07.2025
Namizədə tələblər
- Təhsil: Ali iqtisadi təhsil (Maliyyə, Mühasibat uçotu və İqtisadiyyat sahələri üzrə)
- İş təcrübəsi: Minimum 3 il müvafiq sahədə təcrübə
- Dil bilikləri: Azərbaycan və Rus dillərini sərbəst bilmək
- Kompüter bilikləri: MS Office proqramları (xüsusilə Excel), 1C proqramı üzrə yüksək səviyyədə biliklər
- Qanunvericilik bilikləri: Vergi Məcəlləsi, Əmək Məcəlləsi, Mülki Məcəllə və digər normativ aktlar üzrə biliklər
- Elektron portallarla iş: e-taxes, e-gov, e-customs, e-qaimə, depozit hesabları, kargüzarlıq və s. üzrə işləmək bacarığı
- Yük və gömrük bəyannamələri üzrə biliklər
- PMS sertifikatı arzuolunandır
- Detallara diqqətli, dəqiq və məsuliyyətli olmaq
İş haqqında məlumat
Inomarka avtosalonu olaraq komandamıza maliyyə və mühasibatlıq sahəsində peşəkar və məsuliyyətli Aparıcı Mühasib axtarır. Bu vəzifədə siz şirkətin bütün maliyyə və mühasibatlıq əməliyyatlarını idarə edəcək və rəhbərliyə vaxtında hesabatlar təqdim edəcəksiniz.
Vəzifə öhdəlikləri:
- Şirkətin maliyyə və mühasibatlıq əməliyyatlarının idarə olunması
- Bank əməliyyatları (mədaxil və məxaric), kassa, əməkhaqqı, əsas vəsaitlər, debitor və kreditorların uçotunun aparılması
- Vergi orqanlarına aylıq, rüblük və illik hesabatların hazırlanması və təqdim edilməsi
- İşçilərin işə qəbulu, xitamı və digər HR əməliyyatlarının icrası
- Əmək müqavilələri və digər müqavilələrin tərtib olunması
- Vergi orqanlarından daxil olan məktubların cavablandırılması
- DSMF və Statistika Komitəsinə hesabatların hazırlanması
- Bütün növ sənədləşmələrin və üzləşmələrin aparılması
- Daxili maliyyə hesabatlarının rəhbərliyə vaxtında təqdim olunması
- Rəhbərlik tərəfindən verilən digər vəzifə tapşırıqlarının yerinə yetirilməsi
İş şəraiti:
- Əməkhaqqı: Razılaşma yolu ilə
- İş qrafiki: Həftə içi 5 gün, saat 10:00 – 19:00
- İş yeri: Ağ Şəhərdə yerləşən ofisimiz
Müraciət qaydası:
Zəhmət olmasa, CV-nizi, vəzifənin adını (Aparıcı Mühasib) və əməkhaqqı gözləntinizi mövzu sətrində qeyd edərək Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.
Qeyd: Yalnız tələblərə tam cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiyalar

INEO GROUP
Mal Material üzrə Mühasib
Maaş: 700 AZN
25.06.2025
Bakı
12
A
AZREF
Operator-Mühasib
Maaş: 800 AZN
24.06.2025
Bakı
38

Superfon
Baş mühasib
Maaş: Müsahibə əsasında
24.06.2025
Bakı
31
K
KM Services MMC
Maliyyə və Mühasibatlıq üzrə təcrübəçi
Maaş: 500 AZN
17.06.2025
Bakı
76

Cronos Construction
Aparıcı Mühasib
Maaş: Müsahibə əsasında
15.06.2025
Bakı
51

BAA CONSULTİNG
Mühasib
Maaş: Müsahibə əsasında
15.06.2025
Bakı
67