
- Kateqoriya: Maliyyə
- Şəhər: Bakı
- İş təcrübəsi: 3-5 il
- Maaş: Müsahibə əsasında
- Təhsil: Bakalavr
- İş rejimi: Tam-ştat
- Elan ID: 14317
- E-poçt: [email protected]
- Elanın yerləşdirmə tarixi: 16.07.2025
- Elanın bitmə tarixi: 15.08.2025
Namizədə tələblər
- Maliyyə, Mühasibatlıq və ya İqtisadiyyat ixtisası üzrə ali təhsil;
- Mühasibatlıq sahəsində minimum 3 il iş təcrübəsi tələb olunur (satış sahəsində təcrübəsi olan namizədlərə üstünlük verilir);
- PMS sertifikatı arzu olunandır;
- Azərbaycan Respublikasının Vergi və Əmək Məcəlləsi üzrə biliklər;
- 1C, BTP (Vergi portalı), DSMF və Statistika portalları ilə işləmə bacarığı;
- Excel və digər MS Office proqramlarında yüksək səviyyədə bilik;
- Hesabatlılıq və detala diqqət bacarığı, yüksək analitik düşüncə;
- Məsuliyyətlilik, dürüstlük və məxfiliyə ciddi riayət;
- Komanda işi və liderlik bacarıqları;
- Dillər: Azərbaycan dili (səlis), Rus dili (arzu olunandır).
İş haqqında məlumat
Ineo Group şirkəti Aparıcı mühasib vakansiyası üzrə namizəd dəvət olunur.
Vəzifə öhdəlikləri:
- Aylıq kreditor kreditorlar üzrə məlumatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Dövriyyə balans cədvəli (DBC) üzərindən bütün mühasibat hesablarının düzgünlüyünün yoxlanılması və analiz olunması.
- 1C sistem üzrə ay sonu bağlanılması. Gəlir və xərclərin müvafiq qaydada uçota alınmasına nəzarət və yoxlama tədbirlərinin həyata keçirilməsi;
- Ay sonu bağlanışı prosesində bütün maliyyə əməliyyatlarının düzgünlüyünün yoxlanılması və rəhbərliyə təqdim edilməsi.
- Vergi, maliyyə və idarəetmə uçotunun dəqiq və tam şəkildə təşkili və aparılması;
- Azərbaycan Respublikası Vergi Məcəlləsinə uyğun vergi hesabatlarının (ƏDV, mənfəət vergisi, sadələşdirilmiş vergi, ÖMV, DSMF, Statistika və s.) hazırlanması və təqdim edilməsi;
- Bank köçürmələrinin düzgünlüyünə və vaxtında icrasına nəzarətin həyata keçirilməsi;
- Zərurət yarandıqda bank qurumlarına aidiyyəti hesabatların təqdim olunmasının təmin edilməsi;
- Kassa, POS-terminal və obyektlərin qeydiyyata alınması və qeydiyyatdan çıxarılması proseslərinin idarə olunması;
- Maliyyə öhdəliklərinin vaxtında icrası məqsədilə ödəniş planlamasında fəal iştirak;
- Yerli kreditorlar üzrə müvafiq məlumatların 1C sisteminə daxil olunması və uçotda əks etdirilməsinə nəzarət;
- Maliyyə hesabatlarının (balans, mənfəət-zərər, pul vəsaitlərinin hərəkəti və s.) hazırlanması və rəhbərliyə təqdim edilməsi.
İş şəraiti
- İş qrafiki: 08:00-17:00, 5/7;
- Əmək haqqı: Əmək haqqı namizədin müsahibə zamanı nümayiş etdirdiyi bilik və bacarıqlara uyğun olaraq müəyyən ediləcək.
Müraciət üçün:
- Maraqlanan namizədlərdən mövzu sətrində “Aparıcı mühasib” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına CV göndərmələri tələb olunur.
Oxşar vakansiyalar

Pasha Real Estate
Tax and accounting specialist
Maaş: Müsahibə əsasında
16.07.2025
Bakı
22
T
Tax, Audit and Consulting Services MMC
Mühasib (Quba)
Maaş: Müsahibə əsasında
16.07.2025
Quba
19

Italdizain Group
Бухгалтер по банковским операциям и работе с кредиторами
Maaş: Müsahibə əsasında
15.07.2025
Bakı
27
B
Business Accounting
Mühasib
Maaş: 1000 AZN
11.07.2025
Bakı
58

AzProduct
Baş Mühasib
Maaş: Müsahibə əsasında
11.07.2025
Bakı
31

Costa Coffee Azerbaijan
Baş mühasib
Maaş: Müsahibə əsasında
09.07.2025
Bakı
43