logo

Aparıcı sistem inzibatçısı (Microsoft)

  • Kateqoriya: Informasiya texnologiyaları
  • Şəhər: Bakı
  • İş təcrübəsi: 3-5 il
  • Maaş: Müsahibə əsasında
  • Təhsil: Bakalavr
  • İş rejimi: Tam-ştat
  • Elan ID: 13268
  • Elanın yerləşdirmə tarixi: 08.05.2025
  • Elanın bitmə tarixi: 07.06.2025

Namizədə tələblər

  • Ali təhsil
  • Müvafiq sahədə 4 il iş təcrübəsi
  • Azərbacan dili – yüksək səviyyədə
  • İngilis dili – orta səviyyədə

 

TƏLƏB  OLUNAN BİLİKLƏR:

  • Active directory
  • WDS/ WSUS
  • DFS/DFRS
  • Exchange Server
  • Sertifikat server
  • Microsoft Configuration Manager
  • ESXİ/ VCenter (əlavə üstünlük)
  • Veeam backup (əlavə üstünlük)
  • FileServer/PrintServer
  • Domain controller
  • Microsoft Azure
  • Witness Server
  • KMSServer
İş haqqında məlumat
  • Departamentin əməliyyat planına müvafiq olaraq bölmənin vəzifələrinə dair hədəflərin  yerinə yetirilməsində iştirak edir;
  • Microsoft tipli ƏS-nin quraşdırılması, sazlanması və idarə edilməsi, davamlı və dayanıqlı fəaliyyətini təmin edir;
  • İnformasiya texnologiyaları infrastrukturunun server və digər aparat təminatının quraşdırılması, sazlanması və idarə edilməsi, davamlı və dayanıqlı fəaliyyətini təmin edir;
  • İnformasiya sistemlərinin fiziki və məntiqi topologiyasının hazırlanmasında iştirak  edir; 
  • İnformasiya texnologiyaları infrastrukturunun server və digər aparat təminatının, əməliyyat sistemlərinin, virtualizasiya sistemlərinin, verilənlər bazasının, istifadəçi kompüterlərinin, proqram təminatlarının Yenilənmə siyasətinə uyğun olaraq yenilənməsini təmin edir;
  • İnfrastruktur komponentlərinin, əməliyyat sistemləri və verilənlər bazasının daimi monitorinqi və yaranan problemlərin aradan qaldırılmasını təmin edir;
  • Cavabdeh olduğu informasiya sistemlərində baş verən problemlərin analiz edilməsi və qarşısının alınmasını təmin edir;
  • Ümumi infrastrukturun təkmilləşdirilməsi və inkişafı ilə bağlı əməliyyat sistemlərinin, proqram vasitələrinin və texniki avadanlıqların müəyyən edilməsində, habelə texniki sənədlərin hazırlanmasında iştirak edir;
  • Cavabdeh olduğu informasiya sisteminin mövcud təlimatlara və istismar qaydalarına uyğun olaraq etibarlı və davamlı fəaliyyətini təmin edir;
  • İnformasiya sistemlərinin fasiləsiz fəaliyətinin təmin edilməsi üçün Mərkəzi Bankın Ehtiyat Mərkəzində fövqəladə hallarda əməliyyatların davamlılığı və fəaliyyətin bərpası prosedurlarını təşkil edir;
  • Cavabdeh olduğu informasiya sistemlərinin ehtiyat surətlərinin idarəedilməsi (backup/restore) işini təşkil edir;
  • İnformasiya təhlükəsizliyinin təmin olunması üçün müvafiq tədbirlər həyata keçirir;
  • Bölmənin funksiyaları daxilində departament rəhbərliyinin digər tapşırıqlarını yerinə yetirir.

 

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: