
- Kateqoriya: Marketinq
- Şəhər: Bakı
- Ünvan: Aşıq Molla Cümə küç. 46C
- İş təcrübəsi: 3-5 il
- Maaş: Müsahibə əsasında
- Təhsil: Bakalavr
- İş rejimi: Tam-ştat
- Nahar: Bəli verilir
- Elan ID: 13694
- E-poçt: [email protected]
- Elanın yerləşdirmə tarixi: 30.05.2025
- Elanın bitmə tarixi: 29.06.2025
Namizədə tələblər
Tələb olunan bilik və bacarıqlar:
- Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;
- Güclü analitik düşüncəyə malik olması;
- MS Office (xüsusilə Excel və PowerPoint) proqramları yaxşı səviyyədə bilməsi;
- Kollektivdə işləmə bacarığı;
- Yaxşı ünsiyyət və təşkilati bacarıqlar.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
- Ali təhsil (Marketinq, İqtisadiyyat, Biznes istiqamətində);
- Marketinq və ya brend menecmenti sahəsində min 3 illik təcrübə (FMCG sahəsində təcrübə üstünlükdür);
- Dil bilikləri: Rus dili yaxşı səviyyədə bilməli (ingilis dilini bilməsi üstünlük təşkil edir).
İş haqqında məlumat
- Brendin strateji inkişafı və yerli bazarların xüsusiyyətlərinə uyğun marketinq və reklam kampaniyalarının hazırlanması;
- Bazar təhlili, rəqabət mühiti və hədəf auditoriyasının ehtiyaclarının müəyyən edilməsi;
- Beynəlxalq tərəfdaşlar və daxili komandalarla (marketinq, logistika) sıx əməkdaşlıq edilməsi;
- Effektiv kommunikasiya və reklam kampaniyalarının hazırlanması, həyata keçirilməsi;
- İcra olunan brend tədbirlərinin effektivliyinin ölçülməsi və hesabatların hazırlanması;
- Brend büdcəsinin idarə edilməsi və xərclərinin optimallaşdırılması;
- Fərqli ölkələrdəki marketinq strategiyalarının araşdırılması və brendlə uyğunlaşdırılması;
- Məhsulların bazarda mövqeyinin müəyyənləşdirilməsi və təqdim edilməsi.
İş şərtlərimiz:
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 09:00-18:00;
- İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç. 46C.
Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- Dinamik və yaradıcı komanda;
- Nahar şirkət tərəfindən təmin edilir;
- Şirkət hesabına korporativ nömrə;
- Təlim və inkişaf imkanları.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Brend Menecer” yazaraq Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiyalar

Medco Hospital Group
Tibbi marketing üzrə mütəxəssis
Maaş: Müsahibə əsasında
17.06.2025
Bakı
57

Jet Sharing
Промо Консультант
Maaş: 400 - 600 AZN
15.06.2025
Bakı
52

Photomart
Promo məhsul operatoru
Maaş: Müsahibə əsasında
05.06.2025
Bakı
92
R
Ram Solutions
Sosial Media Reklamları üzrə Mütəxəssis
Maaş: 1000 AZN
04.06.2025
Bakı
60
A
ARNE Group MMC
Kreativ Marketinq Meneceri
Maaş: 2000 - 3000 AZN
03.06.2025
Bakı
56
S
Sport Management Center
Marketinq və Satış Mütəxəssisi
Maaş: 1200 AZN
30.05.2025
Bakı
58