B

Əmək haqqı üzrə mühasib

  • Kateqoriya: Maliyyə
  • Şəhər: Bakı
  • İş təcrübəsi: 1-3 il
  • Maaş: 1000 AZN
  • Təhsil: Bakalavr
  • Yaş: 25 - 35
  • İş rejimi: Tam-ştat
  • Elan ID: 13329
  • E-poçt: [email protected]
  • Elanın yerləşdirmə tarixi: 10.05.2025
  • Elanın bitmə tarixi: 09.06.2025

Namizədə tələblər

  • 25-35 yaş arasında;
  • Ali təhsilli olması;
  • Azərbaycan dili üzrə yaxşı biliklər;
  • Müvafiq vəzifədə 2 ildən az olmayaraq iş təcrübəsi;
  • Azərbaycan Respublikası Əmək Məcəlləsi və Vergi Məcəlləsi üzrə, o cümlədən sosial sığorta, vergi və əməkhaqqı sistemləri ilə bağlı müvafiq biliklərə malik olmaq;
  • MS Excel üzrə mükəmməl biliklər;
  • 1 C 8.3 proqramında sərbəst işləmək bacarığı;
  • Riyazi hesablamalar aparma və analitik təhlil etmə qabiliyyətləri;
  • Dəqiqlik, məsuliyyət və məxfi məlumatlarla işləmək bacarıqları;
  • Komandada işləmək və vaxtında nəticə əldə etmək bacarıqları.
İş haqqında məlumat

İşəgötürən: “BK Azərbaycan” MMC,  Burger King restoranlar şəbəkəsi

 

Əsas vəzifə və öhdəliklər:

  • Şirkət əməkdaşlarının aylıq əmək haqlarının düzgün hesablanmasının və vaxtlı-vaxtında ödənilməsinin təmin edilməsi; 
  • Əmək haqqı ödəniş dövrünə uyğun olaraq müvafiq məlumatların 1C proqramına vaxtlı-vaxtında və düzgün şəkildə daxil olunmasının təmin edilməsi;
  • Son haqq-hesab, bütün növ məzuniyyətlər, xəstəlik vərəqələri, mükafatlar və digər ödənişlərin hesablanması və ödənilməsinin təmin edilməsi;
  • Ezamiyyə haqlarının hesablanması və ödənişlərinin vaxtında həyata keçirilməsi;
  • Xəstəlik vərəqələrinin, sosial məzuniyyətlərin və birdəfəlik ödənişlərin DSMF elektron portalında düzgün şəkildə rəsmləşdirilməsi;
  • Əmək haqqına dair daxil olan sorğu və sualların operativ şəkildə cavablandırılması;
  • Vergi, DSMF və statistik orqanlara təqdim olunan əməkhaqqı hesabatlarının hazırlanması və təqdim edilməsi;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların tam və vaxtında icrasının təmin edilməsi. 

 

İş şəraiti:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • 5 günlük iş rejimi;
  • Əmək haqqı: 1000 azn;
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv.

 

Maraqlanan namizədlər öz CV-lərini e-mailın mövzu hissəsində “Əmək haqqı üzrə mühasib” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

 

Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq. 

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: