Hovuz Baxımı üzrə Mütəxəssis (Su Keyfiyyəti və Kimyəvi Nəzarət)
- Kateqoriya: Müxtəlif
- Şəhər: Bakı
- Ünvan: Səməd Vurğun küçəsi 151
- İş təcrübəsi: 1-3 il
- Maaş: Müsahibə əsasında
- İş rejimi: Tam-ştat
- Nahar: Bəli verilir
- Elan ID: 17119
- E-poçt: [email protected]
- Elanın yerləşdirmə tarixi: 03.07.2026
- Elanın bitmə tarixi: 02.08.2026
Namizədə tələblər
- Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsinə malik olmaq;
- Hovuz suyunun kimyəvi göstəriciləri (xlor, pH tənzimləyicisi, yosun əleyhinə vasitələr və s.) və onların normativlərə uyğun tətbiqi barədə biliklərə malik olmaq;
- Su hovuzu avadanlıqları, nasoslar, filtrasiya sistemləri və mexaniki qurğular üzrə biliklərə sahib olmaq;
- Texniki alət və avadanlıqlardan təhlükəsiz istifadə bacarığına sahib olmaq;
- Texniki nasazlıqların aşkar edilməsi və aradan qaldırılması bacarığına sahib olmaq;
- Əmək təhlükəsizliyi və texniki təhlükəsizlik qaydaları barədə məlumatlı olmaq;
- Məsuliyyətli, səliqəli və nizam-intizamlı olmaq;
- Fövqəladə və qəza hallarında operativ qərar vermək bacarığına sahib olmaq.
İş haqqında məlumat
Ünvan: Bakı şəhəri, Səməd Vurğun küçəsi 151
Öhdəliklər:
- Hovuz suyuna tələb olunan kimyəvi maddələrin (xlor, pH tənzimləyicisi, yosun əleyhinə vasitələr və s.) normaya uyğun tətbiq edilməsini təmin etmək;
- Üzmə hovuzunun filtrasiya sistemlərinə, nasoslara və digər texniki avadanlıqlara gündəlik nəzarət etmək;
- Filtrasiya qurğuları və su nasosları üzrə profilaktik baxış və texniki xidmət işlərini yerinə yetirmək;
- Üzmə hovuzu suyunun keyfiyyət göstəricilərini mütəmadi olaraq yoxlamaq;
- Suyun standartlara uyğun saxlanılmasını təmin etmək;
- Üzmə hovuzunun və ətraf sahələrinin təmiz saxlanılmasını təmin etmək;
- İdman qurğularının və texniki avadanlıqların saz vəziyyətdə olmasına nəzarət etmək;
- İş prosesində təhlükəsizlik norma və qaydalarına riayət etmək;
- Əmək mühafizəsi, yanğın təhlükəsizliyi və texniki təhlükəsizlik tələblərinə riayət etmək;
- Rəhbərlik tərəfindən verilən aidiyyəti tapşırıqları vaxtında yerinə yetirmək.
Təklif edirik:
- Rəqabətə davamlı əməkhaqqı;
- Məktəb tərəfindən nahar;
- Əməkdaşın övladları üçün təhsil haqqına 70%-lik endirim imkanı.
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt vasitəsilə göndərməli, mövzu hissəsində “Su hovuzu və İdman qurğuları üzrə mexanik” qeyd etməlidirlər.
Oxşar vakansiyalar
ATA PACK MMC
Keyfiyyətə nəzarət üzrə mütəxəssis
Maaş: Müsahibə əsasında
27.07.2026
Bakı
27
Caspian Textile MMC
Dərzi / Tikişçi
Maaş: Müsahibə əsasında
23.07.2026
Bakı
86
Radius
Avtomobil qəbulçusu
Maaş: 600 AZN
22.07.2026
Bakı
98
Megabiz Petrochemical Company
Təcrübə Proqramı
Maaş: Müsahibə əsasında
22.07.2026
Bakı
110
MG Transport
Logistika üzrə tədarük və təchizat mütəxəssisi
Maaş: Müsahibə əsasında
06.07.2026
Bakı
279
Az - Granata LLC
Keyfiyyətə Nəzarət şöbəsinin müdiri
Maaş: Müsahibə əsasında
02.07.2026
Ağsu
222