- Kateqoriya: Sənaye və kənd təsərrüfatı
- Şəhər: Ağdam
- Ünvan: Qərvənd kəndi
- İş təcrübəsi: 5 ildən çox
- Maaş: Müsahibə əsasında
- Təhsil: Bakalavr
- İş rejimi: Tam-ştat
- Elan ID: 15468
- E-poçt: [email protected]
- Elanın yerləşdirmə tarixi: 17.11.2025
- Elanın bitmə tarixi: 17.12.2025
Namizədə tələblər
- İnşaat sahəsində Ali təhsil;
- İnşaat Mühəndisi olaraq tikinti layihələrində ən az 5 il iş təcrübəsi olmalı
- MS office AutoCAD, ArchiCAD proqramlarını əla səviyyədə bilməli (əlavə olaraq 3D Max, Corel Draw, Tekla proqramlarını bilən namizədlərə üstünlük veriləcək);
- Azərbaycan və rus dilini yaxşı səviyyədə bilməli (ingilis dilini bilənlərə üstünlük veriləcək);
- Məsuliyyətli, dəqiq və işini vaxtında, keyfiyyətli təhvil verməli;
- Komandada işləmək bacarığına sahib olmalı;
- Analiz və idarəetmə bacarığı.
İş haqqında məlumat
- İnşaat prosesinin təşkili və aparılması; İnşaat sahəsində bütün növ işlərin layihəyə, təhlükəsizlik qaydalarına, tikinti standardlarına, texniki spesifikasiyaya tam uyğun aparılmasına nəzarət etmək.
- İnşaat işlərinin gedişatına, təşkilinə və keyfiyyətinə nəzarət etmək; gündəlik iş tərəqqisini nəzərdən keçirmək və hesabat hazırlamaqla rəhbərliyi məlumatlandırmaq; İnşaat işlərində və sahədə işçilərə olan tələbatı müəyyən etmək;
- İşin yerinə yetirilməsində Risklərin Qiymətləndirilməsi və təhlükəsiz iş metodunun hazırlanması.
- Layihədə dəyişikliklər və ya hər hansı razılaşma, rəhbərliyin təlimatları barədə layihəçi-memarlarla, texniki nəzarətçilərlə, subpodratçılarla, təchizatçılarla müzakirələr aparmaq;
- Görülmüş işlərin uçotunu aparır, texniki sənədləşməni tərtib edir. Subpodratçıların tamamlanmış tikinti obyektləri üzrə komplekslərin və ayrı-ayrı hissələrin təhvil verilməsində iştirak edir. Subpodrat təşkilatlar üçün iş sahəsi hazırlayır, işlərinə nəzarət edir və onlardan görülmüş işin qəbul olunmasında iştirak edir;
- İşlərin yerinə yetirilməsi məqsədi ilə tabelikdə olan struktur bölmələrə və ya işçilərə rəhbərlik edir;
- Tikinti sahəsində olan zərərləri, hadisələri, gecikmələri araşdırmaq, koordinasiya etmək və bunlara qarşı düzgün tədbirlərin görülməsini təmin etmək;
- Təhlükəsizlik və ətraf mühitin qorunması standartlarının tələblərinə əməl etmək, daxili əmək intizamı qaydalarını, əməyin təşkilinin əsaslarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarına əməl etmək.
- Layihənin sahə işlərinə plan üzrə nəzarət və idarə olunması;
- Sahədə görülən işlərin koordinasiyası;
- Materialların hesabatına, sifariş olunmasına nəzarət;
- Texniki və mühəndislik problemlərin həll olunması.
İş şəraiti:
- 6 günlük iş qrafiki
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
- İş yeri: Ağdam rayonu, Qərvənd kəndi
Əlaqə:
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə Müraciət Et düyməsində göstərilən mövzu yerinə “İnşaat Mühəndisi” yazmaqla elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiyalar
ENERGAZER
SCADA Mühəndisi
Maaş: Müsahibə əsasında
01.12.2025
Bakı
10
IMA Energy
QA/QC mühəndisi (Mülki işlər üzrə)
Maaş: Müsahibə əsasında
29.11.2025
Ağdam
25
Sea Breeze Resort & Residences
Elektrik mühəndisi
Maaş: Müsahibə əsasında
26.11.2025
Bakı
51
Badamdar Hotel & Residences
Chief Engineer
Maaş: Müsahibə əsasında
25.11.2025
Bakı
46
Azerbaijan Coca - Cola Bottlers
Operator (Qaynaqçı), Azərbaycan
Maaş: Müsahibə əsasında
25.11.2025
Bakı
45
Facility Management Group
Texniki xidmətlərin planlaşdırılması üzrə mütəxəssis
Maaş: Müsahibə əsasında
25.11.2025
Bakı
47