G

İnsan Resursları Əməliyyatları üzrə Mütəxəssis

  • Kateqoriya: Müxtəlif
  • Şəhər: Bakı
  • İş təcrübəsi: 1-3 il
  • Maaş: 800 AZN
  • Təhsil: Bakalavr
  • İş rejimi: Tam-ştat
  • Elan ID: 14499
  • E-poçt: [email protected]
  • Elanın yerləşdirmə tarixi: 02.08.2025
  • Elanın bitmə tarixi: 01.09.2025

Namizədə tələblər

  • Ali təhsilli olması; 
  • Müvafiq vəzifədə 2 ildən az olmayaraq iş təcrübəsi;
  • Səlis azərbaycan dili bilikləri, rus dili - arzuolunandır;
  • Yüksək səviyyədə ünsiyyət qurma və komandada işləmək bacarığı;
  • ƏMAS (Əmək Münasibətləri və Məşğulluq Alt Sistemi) və İSB (İcbari Sığorta Bürosu) platformaları ilə sərbəst işləmə bacarığı;
  • İşgüzar nitq və yazışma qabiliyyəti;
  • Stressə davamlılıq və vaxtın effektiv idarə edilməsi bacarığı;
  • Məsuliyyət, dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
  • MS Office proqramlarını yaxşı səviyyədə bilməsi mütləqdir.
İş haqqında məlumat

İşəgötürən: “GFC” MMC - KFC, Pizza Hut və Simit Sarayı restoranların şəbəkəsi.

 

Əsas vəzifə və öhdəliklər:

  • Əmək qanunvericiliynə əsasən işə qəbul, işdən azad edilmə və vəzifə dəyişiklikləri üzrə müvafiq sənədləşmənin icrası və "Əmək və Məşğulluq" altsistemində (ƏMAS) əməliyyatların həyata keçirilməsi;
  • Şəxsi işlərin qaydasında olmasına və müvafiq sənədlərin müntəzəm olaraq yenilənməsinin təmin edilməsi və nəzarətdə saxlanılması;
  • Müvafiq kadr əmrlərinin hazırlanması (işdən azad, işə qəbul, əmək məzuniyyəti, vəzifə və əmək haqqı dəyişiklikləri üzrə) və sistemlərə daxil edilməsi;
  • Məzuniyyət cədvəlinə nəzarət edilməsi və əməkdaşların məzuniyyətlərinin vaxtlı-vaxtında və düzgün istifadə olunmasının təmin edilməsi;
  • ƏMAS-da daxil olan əməkdaş müraciətlərinin cavablandırılması;
  • Əməkdaşların icbari sığorta prosesləri üzrə əməliyyatların həyata keçirilməsi;
  • Əmək haqqı kartlarının sifarişi və əməkdaşlara təqdim edilməsi;
  • Müxtəlif arayışların tərtib edilməsi;
  • Müvəqqəti əmək qabiliyyətini itirmə hallarının rəsmiləşdirilməsi və bu prosesin koordinasiya olunması;
  • Kargüzarlıq üzrə sənəd dövriyyəsinin düzgün aparılmasının təmin edilməsi;
  • Xahiş edirəm gizli kodu "555" ilə CV ilə göndərin, əgər həqiqətən A-dan Z-yə qədər bütün mətni oxuyursunuzsa, bunu bilməliyik;  
  • İnsan Resursları üzrə digər müvafiq tapşırıqlarının yerinə yetirilməsi. 

 

İş şəraiti:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • 5 günlük iş rejimi;
  • Əmək haqqı: 800 azn;
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv.

 

Maraqlanan namizədlər öz CV-lərini e-mailın mövzu hissəsində “İnsan Resursları Əməliyyatları üzrə Mütəxəssis” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

 

Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: