
- Kateqoriya: Satış
- Şəhər: Bakı
- İş təcrübəsi: 1 ildən az
- Maaş: Müsahibə əsasında
- Təhsil: Bakalavr
- İş rejimi: Təcrübəçi
- Elan ID: 13171
- E-poçt: [email protected]
- Elanın yerləşdirmə tarixi: 06.05.2025
- Elanın bitmə tarixi: 05.06.2025
Namizədə tələblər
- Ali təhsil müəssisəsinin məzunu (İqtisadiyyat, Biznes, Marketinq və s.);
- Satışa maraq və müştəri yönümlü düşüncə tərzi;
- Yüksək ünsiyyət və təqdimat bacarıqları;
- MS Office proqramlarında işləmə bacarığı;
- Azərbaycan və Rus dillərində sərbəst danışıq (İngilis dili üstünlükdür);
- Ciddi kollektivdə işləmə bacarığı yüksək səviyyədə olmalıdır;
- Fikrini izah etmə qabliyyəti və ünsiyyət yaratmaq bacarığı yüksək səviyyədə olmalıdır;
- Stres altında işləmə qabiliyyəti və eyni zamanda müxtəlif işləri görmək qabiliyyəti yüksək səviyyədə olmalıdır;
- Fəal və işə planlı yanaşma.
İş haqqında məlumat
Avtomobil sahəsində karyera qurmaq istəyirsən? Biz sənə bu fürsəti təqdim edirik!
Azərbaycan Respublikasında Honda, Mazda, Mitsubishi, Subaru, Ford, Toyota və Neta avtomobil markalarının rəsmi distribyutoru olan Group Motors şirkəti Satış Departamentində “Təcrübə Proqramı” elan edir.
Bu proqram avtomobil sektorunda çalışmaq istəyən, satış sahəsində özünü inkişaf etdirmək niyyətində olan gənclər üçün nəzərdə tutulub. Proqram çərçivəsində sən real iş mühitində təcrübə qazanacaq, peşəkar komandanın bir parçası olacaq və gələcək karyeran üçün əhəmiyyətli biliklər əldə edəcəksən!
Təcrübə proqramından əldə edəcəksiniz:
- Real iş təcrübəsi və satış sahəsində biliklərin inkişafı;
- Peşəkar və təcrübəli komandada işləmək imkanı;
- Uğurlu iştirakçılara gələcəkdə iş təklifi;
- Təcrübənin sonunda Sertifikat və Tövsiyə məktubu.
Təcrübə proqramı detalları:
- Müddət: 6 ay;
- Təlimlər: satış texnikası və avtomobil satışı ilə bağlı digər təlimlər;
- Təcrübə sonunda imtahan: Uğurlu nəticələr əldə edənlər “Satış üzrə məsləhətçi” kimi işə qəbul edilə bilər;
- Təcrübə proqramı şirkət tərəfindən ödənişlidir.
Xahiş edirik, Təcrübə proqramı ilə maraqlanan şəxslər (namizədlər) öz tərcümeyi-hallarını (CV) "mövzu" yerinə «Group Motors - Təcrübə proqramı» qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərsinlər.
Yalnız «Group Motors - Təcrübə proqramı» qeydi ilə göndərilən cv-lərə baxılacaq.
Oxşar vakansiyalar

AzProduct
Satış Müdiri
Maaş: Müsahibə əsasında
28.04.2025
Bakı
53

Bayramlı Group
Satış və aplikasiya meneceri
Maaş: 800 AZN
23.04.2025
Bakı
57
P
ProDispatch
Safety Department Specialist (On-Site Only)
Maaş: Müsahibə əsasında
17.04.2025
Bakı
54

Premium Bank
Müştəri xidmətləri departamentinin Kredit və sənədli əməliyyatlar şöbəsinin mütəxəssisi/ aparıcı mütəxəssisi (istehlak kreditləri üzrə)
Maaş: Müsahibə əsasında
16.04.2025
Bakı
80

Hilton Garden Inn Baku
Satış üzrə direktor
Maaş: Müsahibə əsasında
16.04.2025
Bakı
60

Askona
Руководитель по оптовым продажам (Развитие продаж)
Maaş: Müsahibə əsasında
15.04.2025
Bakı
53