logo

Keyfiyyətə nəzarət üzrə mütəxəssis

  • Kateqoriya: Sənaye və kənd təsərrüfatı
  • Şəhər: Bakı
  • İş təcrübəsi: 3-5 il
  • Maaş: Müsahibə əsasında
  • Təhsil: Bakalavr
  • İş rejimi: Tam-ştat
  • Elan ID: 16968

Namizədə tələblər

  • Ali təhsil (uyğun sahədə üstünlükdür);
  • İş təcrübəsi: minimum 3-4 il;
  • Normativ sənədlər, siyasət, prosedur və metodoloji sənədlərlə işləmə bacarıqları;
  • ISO standartları üzrə biliklər (üstünlükdür);
  • Yüksək təşkilatçılıq və planlama bacarığı.
İş haqqında məlumat
  • Layihənin xüsusiyyətləri, təsvirləri, metodikası və Keyfiyyətə nəzarət planları / prosedurlarını hazırlamaq;
  • Tikinti sahəsində aparılan işlərin layihə tələblərinə, norma və standartlara uyğun olaraq həyata keçirilməsini təmin etmək və yerinə yetirilmiş işlərin qəbulunda iştirak etmək, növbəti işin başlanılmasına icazə vermək;
  • Mühəndis kommunikasiya sistemlərinin sınaqdan keçirilməsi və istifadəsi üzrə koordinasiya etmək və sənədləşdirməni aparmaq;
  • Tikinti üzrə iş ardıcıllıqlarını bilmək və müvafiq işlərin tamamlanması zamanı onların təhvil təslim prosesində yaxından iştirak etmək
  • Layihə üzrə Keyfiyyət planı və işin icra üsulu haqqında rəy bildirmək və tətbiqini təşkil etmək;
  • İşlər bitdikdən sonra son yoxlama fəaliyyətini həyata keçirmək və işlərin icrasından sonra nəzarət etmək;
  • İstehsalat üsullarının yoxlanılması və təsdiqlənməsi;
  • Tikinti sahələrində işlərinin (xidmətlərin) keyfiyyətinin idarə edilməsi üzrə qeydlər aparmaq və periodik hesabatlar tərtib etmək;
  • İstehsal nəzarəti zamanı yaranan qüsurları aşkarlamaq və uyğunsuzluq hesabatları açmaq.

 

Əlavə məlumatlar:

  • İş rejimi: 6 gün;
  • Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır;
  • İş yeri: Qarabağ.

 

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini (foto ilə) mövzu yerinə “Keyfiyyətə nəzarət üzrə mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.

 

Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.

 

Əlaqə telefonu: 055 216 20 65 

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: