K

Məhkəmələrlə iş şöbəsinin icraya nəzarət üzrə mütəxəssisi

  • Kateqoriya: Hüquq
  • Şəhər: Bakı
  • Ünvan: Nərimanov rayonu
  • İş təcrübəsi: 1-3 il
  • Maaş: 2000 AZN
  • Təhsil: Bakalavr
  • İş rejimi: Tam-ştat
  • Elan ID: 16674
  • E-poçt: [email protected]
  • Elanın yerləşdirmə tarixi: 31.03.2026
  • Elanın bitmə tarixi: 30.04.2026

Namizədə tələblər

  • Struktur bölmənin fəaliyyətinin yönümü üzrə ali təhsil (İqtisadiyyat, Maliyyə, Hüquq);
  • Müvafiq sahə üzrə 2 ildən çox iş təcrübəsi. Bank və ya BOKT sahəsində iş təcrübəsinin olması üstünlükdür;
  • Sürücülük vəsiqəsi;
  • Effektiv ünsiyyət bacarığı və komanda daxilində işləmək bacarığı;
  • Azərbaycan dilini mükəmməl səviyyədə bilməli, rus dili biliyi üstünlükdür;
  • İşin xüsusiyyəti ilə əlaqədar kişi namizədlərə üstünlük verilir.
İş haqqında məlumat
  • Fiziki şəxslər üzrə problemli kreditlərlə bağlı məhkəməyəqədər mərhələdə iş aparır, borclular və zaminlərlə əlaqə saxlayır, yazışmalar və ünvan səfərləri həyata keçirir, əmlak və gəlirlər barədə müvafiq orqanlara sorğular göndərir.
  • Məhkəməyəqədər tədbirlər nəticə vermədikdə, işi müəyyən edilmiş müddətdə məhkəməyə təqdim olunması üçün aidiyyəti üzrə yönləndirir.
  • İcra mərhələsində icra sənədlərinin vaxtında və düzgün icrasını təmin etmək məqsədilə icra məmurları ilə əməkdaşlıq edir, müraciət və vəsatətlər hazırlayır, ünvan səfərlərində iştirak edir.
  • Borclunun əmlak və gəlirlərinin aşkar edilməsi, tutmanın yönəldilməsi, əmlakın qiymətləndirilməsi və hərrac prosesində təşkilatı təmsil edir.
  • Məhkəmə prosesindən icra mərhələsinədək müştəri və zaminlərlə mütəmadi əlaqə saxlayır, sənədləşmə və rəsmi yazışmaları aparır.
  • Görülmüş işlərin proqram üzrə qeydiyyatını aparır, borcların cari statusu və nəticələr barədə mütəmadi hesabat təqdim edir.

 

İş barədə məlumat:

  • Əmək haqqı: 2000 + AZN (ƏH+bonus birlikdə).
  • İş yeri: Bakı şəh, Nərimanov rayonu.
  • Komfortlu ofis şəraiti, müasir tələblərə uyğun idarəetmə sistemi, mehriban komanda.
  • 5 günlük iş qrafiki: I-V-ci günlər 10:00-19:00.

 

CV-lərinizi “Problemli kreditlərlə iş şöbəsinin icraya nəzarət üzrə mütəxəssisi” başlığı altında Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

 

Qeyd: Növbəti mərhələ üçün yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlər ilə əlaqə saxlanılır.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: