logo

Mexanika Mühəndisi

  • Kateqoriya: Sənaye və kənd təsərrüfatı
  • Şəhər: Bakı
  • İş təcrübəsi: 5 ildən çox
  • Maaş: Müsahibə əsasında
  • İş rejimi: Tam-ştat
  • Elan ID: 15085
  • Elanın yerləşdirmə tarixi: 13.10.2025
  • Elanın bitmə tarixi: 12.11.2025

Namizədə tələblər

  • Mexanika mühəndisliyi və ya əlaqəli sahə üzrə diplom;
  • Minimum 5 il ofis/ticarət binalarında mexaniki sistemlərin istismarı üzrə təcrübə;
  • HVAC sistemləri (FCU, AHU, FAHU), nasos, boiler və chillers üzrə praktiki bilik;
  • Su təchizatı, drenaj və hidrofor sistemləri üzrə bilik;
  • Texniki çertyoj və sxemləri oxuma bacarığı;
  • Problemləri operativ həll etmək və komanda ilə işləmək bacarığı;
  • Layihə və texniki sənədlərlə işləmə təcrübəsi.
İş haqqında məlumat

PAŞA Property Management Mexanika mühəndisi vakansiyası üzrə işə qəbul elan edir.

 

Ölkənin aparıcı daşınmaz əmlak idarəetmə şirkətlərindən biri olan PAŞA Property Management, Sizə karyera yolunda uğur qazanmaq və peşəkar komandada özünüzü inkişaf etdirmək imkanı təqdim edir. Biz, öyrənməyə meyilli, pozitiv düşüncəli və işinə yaradıcı yanaşan, motivasiyalı əməkdaşlar axtarırıq.

  • Mexaniki sistemlərin (AHU, FAHU, Nəmləndirici, FCU, FF/yanğın söndürmə sistemi, BMS, EPMS və s.) istismar və texniki xidmət proseslərinə nəzarət;
  • Nasoslar, hidrofor sistemləri, liftlər və qapalı su dövriyyə sistemlərinin fasiləsiz və etibarlı işləməsini təmin etmək;
  • BMS sistemi üzərindən mexaniki avadanlıqların monitorinqi, idarəedilməsi və arızaların izlənməsi;
  • Texniki sorğuların və baxım işlərinin inteqrasiya olunmuş texniki idarəetmə platforması üzərindən icrası, izlənməsi və hesabatlandırılması;
  • EPMS vasitəsilə binadakı bütün sayğacların vahid platformadan izlənilməsi, göstəricilərin vaxtaşırı qeyd olunması və analiz edilməsi;
  • Preventiv və korrektiv texniki xidmət planlarının (Maintenance Plan) hazırlanması və icrasına nəzarət;
  • Layihə və texniki cizgilərin oxunması, analizi və ehtiyac yarandıqda yeni cizgilərin çəkilməsi;
  • Stok səviyyəsinin izlənilməsi, ehtiyat hissələrinin sifarişi və alınma prosesinə nəzarət;
  • Günlük və aylıq texniki hesabatların hazırlanması, sistemli analiz və təhlil aparılması.

 

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: