logo

Mühasib (İstehsal sahəsi-Quba şəhəri)

  • Kateqoriya: Maliyyə
  • Şəhər: Quba
  • İş təcrübəsi: 1-3 il
  • Maaş: Müsahibə əsasında
  • Təhsil: Bakalavr
  • İş rejimi: Tam-ştat
  • Nahar: Bəli verilir
  • Elan ID: 14184
  • E-poçt: [email protected]
  • Elanın yerləşdirmə tarixi: 07.07.2025
  • Elanın bitmə tarixi: 06.08.2025

Namizədə tələblər

  • Ali təhsil (Mühasibat uçotu, Maliyyə, İqtisadiyyat, Menecement);
  • İstehsalat üzrə mühasib kimi minimum 2-3 il iş təcrübəsi;
  • 1 C proqramını bilməli;
  • Microsoft Office proqramlarını əsasən də Excell proqramını yaxşı səviyyədə bilməli;
  • Analitik düşünmə tərzi və problemləri həll etmə bacarığı;
  • Məsuliyyətlilik və ünsiyyət qurmaq bacarığı.
İş haqqında məlumat
  • Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkil edilməsi;
  • Məhsul, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibinin həyata keçirilməsi;
  • Mal və materialların, digər qiymətlilərin inventarizasiyasında iştirak edilməsi, qalıqlar ilə bağlı düzəlişlərin proqram təminatında icrasının həyata keçirilməsi;
  • İstehsal əməliyyatlarının yoxlanılması, plandan kənarlaşmaların aşkar edilməsi;
  • İstehsal xərclərinin bölüşdürülməsi;
  • Aylıq və illik istehsalat nəticələrinin analizinin həyata keçirilməsi, məhsulların maya dəyərinə təsir edən iqtisadi faktorların araşdırılması, istehsal prosesində planlanan istehsal normalarından kənarlaşmaların araşdırırlması və faktiki əməliyyatların icra mexanizminə nəzarət edilməsi;
  • Maliyyə hesabatlarının hazırlanması (Balans, mənfəət və zərər, pul vəsaitlərinin həərəkəti haqqında hasabat və s.);
  • Məhsul resepturalarının sistemə daxil edilməsi;
  • İnventarların hərəkətlərindəki anbar qalıqlarına edilən dəyişikliklərə nəzarət edilməsi;
  • Anbar qalıqlarının uçotunun aparılması;
  • İstehsal və satış üzrə itki aktlarının hazırlanması;
  • Sistem ilə istehsalın üzləşdirilməsi;
  • Aylıq istehsal və ümumi hesabatların hazırlanması;
  • İstehsal üzrə bütün növ muhasibat əməliyyatlarının 1C proqram təminatına daxil edilməsi;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında icra olunması;
  • İstehsal proseslərinə nəzarət edilməsini təmini, istehsal xətlərinə dair qeydiyyat formlarının hazırlanması və sahədə qeydiyyatların zamanında icrasını təmin edilməsi.

 

İş şəraiti:

  • İş qrafiki: I-V günlər;
  • Əmək haqqı: Müsahibə zamanı razılaşmaya əsasən təyin olunacaq (Rəqabətli əmək haqqı);
  • Nahar: Şirkət tərəfindən təmin edilir;
  • Ünvan: Quba şəhəri.

 

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “İstehsal üzrə mühasib (Quba)” qeyd edərək [email protected] və ya [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: