logo

Mühasib-operator

  • Kateqoriya: Maliyyə
  • Şəhər: Bakı
  • İş təcrübəsi: 1-3 il
  • Maaş: Müsahibə əsasında
  • Təhsil: Bakalavr
  • İş rejimi: Tam-ştat
  • Elan ID: 14828
  • E-poçt: [email protected]
  • Elanın yerləşdirmə tarixi: 16.09.2025
  • Elanın bitmə tarixi: 16.10.2025

Namizədə tələblər

  • İqtisadiyyat, maliyyə və ya mühasibat uçotu üzrə ali təhsil; 
  • 1-2 il mühasibat sahəsində təcrübə (istehsalat müəssisələrində təcrübə üstünlükdür);
  • MS Office (xüsusilə Excel) və mühasibat proqramları (1C, QuickBooks kimi) bilikləri;
  • Səlis Azərbaycan dili, rus və ya ingilis dilləri orta səviyyədə;
  • Diqqətli, məsuliyyətli və komanda ilə işləmə bacarığı;
  • Maliyyə hesabatlığı sertifikatı (ACCA və ya digər) üstünlükdür.
İş haqqında məlumat

İş yeri: Kəlbəcər rayonu, İstisu qəsəbəsi.

 

İş barədə məlumat:

  • mühasibat uçotu üzrə ilkin sənədləşmələri təşkil etmək;
  • elektron qaimə-fakturaları tərtib etmək və göndərmək;
  • tələb olunan mallar üzrə sənədləri hazırlamaq;
  • gündəlik qaimə və qəbzlərin işlənməsi və kompüterə köçürmək;
  • anbara daxil olan və anbardan çıxan malların uçotunu aparmaq;
  • Loqo Tiger proqramı üzrə günlük və aylıq sifariş hesabatları hazırlamaq;
  • istehsal məsrəflərini (xammal, enerji, işçi haqqı) izləmək və aylıq/illik hesabatlar üçün məlumat toplamaq;
  • mal-material və xidmət üzrə qəbul aktlarının, təhvil-təslim sənədlərinin və digər mühasibat sənədlərinin tərtibi və sistemə daxil edilməsi.

 

Uyğun namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Mühasib-operator” başlığı ilə göndərə bilər.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: