
- Kateqoriya: Informasiya texnologiyaları
- Şəhər: Bakı
- İş təcrübəsi: 1-3 il
- Maaş: Müsahibə əsasında
- Təhsil: Bakalavr
- İş rejimi: Tam-ştat
- Elan ID: 14434
- E-poçt: [email protected]
- Elanın yerləşdirmə tarixi: 28.07.2025
- Elanın bitmə tarixi: 27.08.2025
Namizədə tələblər
- Təhsil səviyyəsi: Ali təhsil (Kompüter elmləri, Proqramlaşdırma və ya əlaqəli sahələr üzrə);
- İş təcrübəsi: Proqramlaşdırma sahəsində 1 il iş təcrübəsi;
- SQL və PL/SQL üzrə əsas biliklər və işləmə təcrübəsi;
- REST API-lərlə işləmək və sistem inteqrasiyası sahəsində anlayış və bacarıq (RESTful veb servislər);
- Versiya nəzarət sistemləri ilə işləmək bacarığı (Git və oxşar platformalar);
- Güclü alqoritmik düşüncə və texniki təhlil qabiliyyəti;
- Məsuliyyətli, dəqiq, təşəbbüskar və komanda ilə işləməyə uyğun şəxsiyyət.
İş haqqında məlumat
- ERP və POS sistemləri ilə inteqrasiyanı təmin edən proqram təminatını hazırlamaq və inkişaf etdirmək;
- Daxili tətbiqlərin texniki inkişafını həyata keçirmək, yeni funksionallıqları kodlaşdırmaq;
- Verilənlər bazası sorğularını yazmaq və məlumat strukturlaşdırılmasını həyata keçirmək;
- Kod keyfiyyəti və informasiya təhlükəsizliyi standartlarına uyğun proqram təminatı hazırlamaq;
- Texniki sənədləşmə və kod arxivlərinin düzgün şəkildə formalaşdırılmasını təmin etmək;
- Tapşırıqlara uyğun proqram modullarını hazırlamaq və görülən işlərlə bağlı hesabatlar təqdim etmək;
- Komanda və digər bölmələrlə texniki koordinasiyanı təmin edərək tələblərə uyğun.
Əlavə təminatlar:
- Rəqabətqabiliyyətli əmək haqqı (namizədin təcrübə və bacarıqlarına uyğun olaraq müəyyən olunur);
- Texnologiyaya əsaslanan sistem layihələrində birbaşa iştirak və inkişaf imkanları;
- Peşəkar komanda ilə əməkdaşlıq və bilik mübadiləsi mühiti;
- Müasir və innovativ iş şəraiti;
- Gündəlik nahar təminatı;
- İşə gediş-gəliş üçün servis xidməti;
- Korporativ mobil nömrə ilə təminat.
İş qrafiki:
- İş saatları 09:00 – 18:00;
- Nahar fasiləsi: 13:00-14:00;
- Şənbə və Bazar istirahət günləri.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Proqramlaşdırma üzrə Kiçik Mütəxəssis" yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiyalar

Aqrar Tədarük və Təchizat
Proqramçı
Maaş: Müsahibə əsasında
01.08.2025
Bakı
69

AzStudy
Frontend Developer
Maaş: Müsahibə əsasında
25.07.2025
Bakı
89

OBA Marketlər Şəbəkəsi
Mobil proqramçı
Maaş: Müsahibə əsasında
22.07.2025
Bakı
76

PASHA Life
Verilənlər Bazası üzrə Administrator (başlanğıc səviyyə)
Maaş: Müsahibə əsasında
25.07.2025
Bakı
75

İstisu mineral su zavodu MMC
İT mütəxəssis
Maaş: Müsahibə əsasında
15.08.2025
Bakı
24

Kontakt Home
İT texnik
Maaş: Müsahibə əsasında
01.08.2025
Bakı
81