
Risklərin idarəolunması üzrə mütəxəssis/məsləhətçisi
- Kateqoriya: İnzibati
- Şəhər: Bakı
- İş təcrübəsi: 1-3 il
- Maaş: Müsahibə əsasında
- Təhsil: Bakalavr
- İş rejimi: Tam-ştat
- Elan ID: 14565
- E-poçt: [email protected]
- Elanın yerləşdirmə tarixi: 20.08.2025
- Elanın bitmə tarixi: 19.09.2025
Namizədə tələblər
- Təhsil: Ali təhsil;
- Təcrübə: Risklərin idarəolunması və ya audit üzrə ən azı 1-3 illik iş təcrübəsi (vəzifədən asılı olaraq);
- Texniki biliklər: Microsoft Office proqramlarını yaxşı səviyyədə bilmək, Power BI bilikləri üstünlükdür;
- Şəxsi bacarıqlar: İnduktiv və analitik təhlil, təşəbbüskarlıq, komandada işləmə, vaxtın idarə edilməsi, operativlik, ünsiyyət qurma, konfliktlərin idarə edilməsi və problemlərin həlli bacarıqları;
- Dil bilikləri: Xarici dil biliyi (xüsusilə ingilis dili).
İş haqqında məlumat
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Risklərin idarəolunması üzrə mütəxəssis/məsləhətçisi vakansiyası elan edir.
Təklif etdiyimiz imkanlar:
- Gənc və peşəkar kollektivdə çalışma şansı;
- Yüksək komanda ruhu və zəngin təcrübə qazanmaq fürsəti;
- Karyera inkişafı üçün yaradılan şərait;
- Rəqabətədavamlı əmək haqqı;
- İldə üç dəfə mükafatlandırma sistemi.
Vəzifə öhdəlikləri:
- Agentliyin struktur bölmələrində potensial riskləri aşkar etmək və onların qiymətləndirilməsində iştirak etmək;
- Risk xəritələrinin və risk reyestrlərinin hazırlanmasına dəstək vermək;
- Risk göstəricilərinin və risk vəziyyətlərinin mütəmadi izlənilməsi;
- Rəhbərliyə risklərlə bağlı aylıq və rüblük hesabatların hazırlanmasında iştirak;
- Risk əsaslı təhlillərin aparılması və risk azaldıcı tədbirlərin təklif olunması.
İş şəraiti:
- İş qrafiki: Həftə içi 5 günlük iş rejimi (Bazar ertəsi – Cümə);
- İş yeri: Bakı şəhəri, Begoc Biznes Mərkəzi.
Seçim mərhələləri:
- Müraciətlərin nəzərdən keçirilməsi;
- Praktiki tapşırıq/test mərhələsi;
- Müsahibə.
Müraciət qaydası:
- CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur;
- Məktubun “mövzu” bölməsində müraciət etdiyiniz vəzifənin adı mütləq qeyd edilməlidir;
- Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Sizə uğurlar arzu edirik və komandamıza qoşulmağınızı səbirsizliklə gözləyirik!
Oxşar vakansiyalar
T
Tax, Audit and Consulting Services MMC
İnvestisiya Analitiki/ Investment Analyst
Maaş: Müsahibə əsasında
16.09.2025
Bakı
17

AzStudy
Project Manager
Maaş: Müsahibə əsasında
14.09.2025
Bakı
34

Imza Group
ACCA üzrə koordinator
Maaş: Müsahibə əsasında
14.09.2025
Bakı
29
T
Tax, Audit and Consulting Services MMC
Layihə meneceri
Maaş: 1500 AZN
11.09.2025
Bakı
49

Aztelekom
İşə Qəbul Bölməsinin Rəhbəri
Maaş: Müsahibə əsasında
11.09.2025
Bakı
62

ARAZ Supermarket
Personal Assistant
Maaş: Müsahibə əsasında
11.09.2025
Bakı
69