logo

Sahə rəhbəri

  • Kateqoriya: Sənaye və kənd təsərrüfatı
  • Şəhər: Bakı
  • Ünvan: Xəzər rayonu, Mərdəkan qəs.
  • İş təcrübəsi: 3-5 il
  • Maaş: 2000 - 2500 AZN
  • Təhsil: Bakalavr
  • İş rejimi: Tam-ştat
  • Elan ID: 16231
  • E-poçt: [email protected]
  • Elanın yerləşdirmə tarixi: 25.01.2026
  • Elanın bitmə tarixi: 24.02.2026

Namizədə tələblər

  • Ali təhsil (Tikinti mühəndisliyi, İnşaat mühəndisliyi və ya uyğun sahə üzrə);
  • Tikinti sahəsində minimum 3–5 il müvafiq iş təcrübəsi;
  • Layihə-smeta və işçi cizgilərlə işləmək bacarığı;
  • Tikinti-quraşdırma, təmir, bərpa və yenidənqurma işlərinin təşkili üzrə praktiki biliklər;
  • Texnoloji ardıcıllıq, iş qrafikləri və icra üsulları üzrə biliklər;
  • Material, avadanlıq və konstruksiyaların standart və normativləri üzrə biliklər;
  • Tikinti sənədlərinin (icra sənədləri, aktlar, hesabatlar və s.) tərtibi təcrübəsi;
  • Tabelikdə olan işçilərlə işləmək, iş bölgüsü aparmaq və komandaya rəhbərlik bacarığı;
  • Analitik düşüncə, problem həll etmə və qərarvermə bacarığı;
  • Məsuliyyətlilik, dəqiqlik, intizamlılıq və stresə davamlılıq.
İş haqqında məlumat
  • Tikinti və quraşdırma işlərinin layihə, norma və qaydalara uyğun, vaxtında və keyfiyyətlə icrasına nəzarət;
  • Tikinti işlərində texnoloji ardıcıllığın və iş qrafiklərinin təmin edilməsi;
  • Görülən işlərin keyfiyyət göstəricilərinə, həcminə və müddətinə nəzarət;
  • İstifadə olunan material və avadanlıqların layihə-smeta sənədlərinə uyğunluğunun yoxlanılması;
  • Aşkarlanan qüsurların aradan qaldırılmasının təşkili və gecikmələrin səbəblərinin araşdırılması;
  • Tikinti sahəsinin təşkili, əlavə xərclərin qarşısının alınması;
  • Təmir, bərpa və yenidənqurma işlərinə nəzarət;
  • Təslim-təhvil prosesində iştirak;
  • Layihə üzrə tələb olunan sənədlərin və hesabatların hazırlanması;
  • Tikintinin başlanması üçün sənədlərin yoxlanılması və normativlərə uyğunluğun təmin edilməsi;
  • Anbar təsərrüfatına və maddi sərvətlərin qorunmasına nəzarət;
  • Tabelikdə olan işçilərin iş bölgüsünün aparılması və əmək mühafizəsi qaydalarına nəzarət.

 

İş şəraiti: 

  • İş yeri: Xəzər rayonu, Mərdəkan qəs.;
  • İş qrafiki: 6 günlük iş həftəsi;
  • Əmək haqqı: 2000-2500 AZN (namizədin bilik, bacarıq və təcrübəsinə əsasən təyin olunacaqdır).

 

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Sahə rəisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: