logo

Satış üzrə məsul şəxs / Sales executive

  • Kateqoriya: Satış
  • Şəhər: Bakı
  • Ünvan: Yasamal rayonu, M.Müşfiq 1C
  • İş təcrübəsi: 1-3 il
  • Maaş: Müsahibə əsasında
  • Təhsil: Bakalavr
  • İş rejimi: Tam-ştat
  • Nahar: Bəli verilir
  • Elan ID: 13148
  • E-poçt: [email protected]
  • Elanın yerləşdirmə tarixi: 06.05.2025
  • Elanın bitmə tarixi: 05.06.2025

Namizədə tələblər

  • Minimum təhsil dərəcəsi: Bakalavr;
  • Komputer bilikləri: MS Office – Yaxşı;
  • Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili (yaxşı),İngilis dili (yaxşı);
  • Təcrübə: Satış sahəsi üzrə ən azı 1 il iş təcrübəsi (Otelçilik təcrübəsi üstünlükdür);
  • Təqdimat Bacarıqları/İctimai Natiqlik;
  • Müştəri münasibətlərinin idarə edilməsi;
  • Texnoloji Bacarıq (məzmun idarəetmə platformaları, marketinq avtomatlaşdırma vasitələri, sosial media).
İş haqqında məlumat
  • Qonaq məmnuniyyətinin bütün işçilər tərəfindən saxlanılmasına nəzarət etmək;
  • Mehmanxananın dəyərləri ilə qonaq gözləntilərinin qarşılıqlı şəkildə fəaliyyətini təmin etmək;
  • Tədbirlər üçün satış məqsədlərinin formalaşdırılması, təkliflərin və müqavilələrin hazırlanması;
  • Əyləncə və tədbirlərin fəaliyyət planının hazırlanması;
  • Qonaqlarla və korporativ müştərilərlə əlaqələrin qurulması;
  • Satış müzakirələrinin və yazışmalarının aparılması;
  • Məlumat və broşürlar üçün materialın hazırlanması və korporativ müştərilərə, qonaqlara göndərilməsi;
  • Tədbirlər barəsində sorğuların qəbulu, icrası və məlumatların müvafiq şöbələrlə əlaqələndirilməsi;
  • Tədbirlərdə nəzərdə tutulmuş  qida və içki təkliflərinin yoxlanılması;
  • Effektiv PR plan hazırlanması;
  • Sosial mediada mehmanxana haqqında məlumatın mütamadi şəkildə yenilənməsi;
  • İnteraktiv promo aksiyaların həyata keçirilməsi;
  • Satış hədəflərinin yerinə yetirilməsi üçün müştərilərin cəlb edilməsi məqsədi ilə marketinq fəaliyyət planların hazırlanması
  • Mümkün olduqda aşkar edilmiş bazar seqmentlərindən və işgüzar mənbələrdən istifadə edərək yeni biznesi inkişaf etdirmək və qoruyub saxlamaq.
  • Qrafik dizaynerlərlə, fotoqraflarla, videoqraflarla, çap agentlikləri ilə, marketinq və PR agentlikləri ilə, media nümayəndələri ilə əlaqələrin qurulması.

 

İş vaxtının norması:

  • 09:00-18:00 / 5 günlük iş həftəsi;
  • İstirahət günü: Şənbə və Bazar günü;
  • Nahar şirkət tərəfindən təmin edilir;
  • Korporativ telefon nömrəsi və danışıq paketi.

 

İş yeri:

  • Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq 1C.

 

Müraciət forması:
Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Satış üzrə məsul şəxs/Sales executive” yazmaqla Müraciət Et düyməsində qeyd olunan mail ünvanına göndərmələri xahiş olunur. Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: