logo

Scrum/Agile Ofisinin Rəhbəri

  • Kateqoriya: İnzibati
  • Şəhər: Bakı
  • İş təcrübəsi: 1 ildən az
  • Maaş: Müsahibə əsasında
  • İş rejimi: Tam-ştat
  • Elan ID: 16031
  • Elanın yerləşdirmə tarixi: 05.01.2026
  • Elanın bitmə tarixi: 04.02.2026

Namizədə tələblər

  • Agile yanaşmaların tətbiqi və idarə olunması sahəsində praktiki təcrübə
  • Komandalar və proseslərlə işləmək üzrə rəhbərlik bacarıqları
  • Güclü ünsiyyət, koordinasiya və problemlərin həlli bacarığı
  • Data ilə işləmək və qərarları əsaslandırmaq qabiliyyəti
  • Dəyişən mühitdə işləmək və adaptasiya bacarığı
İş haqqında məlumat

“PAŞA Sığorta” ASC namizədləri Scrum/Agile Ofisinin Rəhbəri vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

 

Vəzifə Öhdəlikləri

Agile Yanaşmanın İdarə Edilməsi və İnkişafı

  • Şirkət üzrə agile yanaşmanın tətbiqinə və davamlı inkişafına rəhbərlik etmək
  • Agile iş üsullarının gündəlik əməliyyatlara inteqrasiyasını təmin etmək
  • Agile yanaşmanın təşkilati ehtiyaclara uyğun şəkildə adaptasiyasını və yetkinləşdirilməsini təmin etmək

 

Komandaların İşinin Təşkili və Koordinasiyası

  • Agile komandalar (squadlar) arasında proseslərin sinxronizasiyasını təmin etmək
  • Komandalararası asılılıqları, riskləri və darboğazları vaxtında müəyyən etmək və aradan qaldırılmasına dəstək olmaq
  • Cross-functional əməkdaşlığın gücləndirilməsini təmin etmək

 

Çatdırılma və İcra İntizamı

  • Komandalarda stabil iş axını və proqnozlaşdırılan çatdırılmanı təmin etmək
  • Cycle time, throughput və keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına yönəlmiş təşəbbüsləri idarə etmək
  • İcra zamanı yaranan problemlərin sistemli şəkildə həllini təşkil etmək

 

Performansın Ölçülməsi və Hesabatlılıq

  • Agile komandaların fəaliyyətinin əsas göstəricilər üzrə izlənilməsini və təhlilini təmin etmək
  • İcra vəziyyəti, risklər və əsas problemlər barədə rəhbərliyə mütəmadi məlumat təqdim etmək
  • Qərarverməni dəstəkləyən data-driven yanaşmanı təşviq etmək

 

Təlim, Dəstək və Davamlı Təkmilləşmə

  • Agile prinsiplər və praktikalar üzrə komandaların inkişafına dəstək olmaq
  • Komandalarda özünüidarəetmə, məsuliyyət və komanda ruhunun gücləndirilməsini təmin etmək
  • Davamlı təkmilləşmə və öyrənmə mədəniyyətini təşviq etmək

 

Biz Nə Təklif Edirik

  • Şirkət üzrə agile yanaşmanın formalaşmasında və inkişafında əsas rol
  • Rəhbərliklə sıx əməkdaşlıq və təsir imkanları
  • Peşəkar inkişaf və liderlik bacarıqlarının genişləndirilməsi
  • Davamlı öyrənmə və inkişaf mühiti

 

Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

 

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: