logo

SƏTƏM üzrə mütəxəssis

  • Kateqoriya: Sənaye və kənd təsərrüfatı
  • Şəhər: Bakı
  • Ünvan: Balaxanı Sənaye Kompleksi
  • İş təcrübəsi: 1-3 il
  • Maaş: Müsahibə əsasında
  • Təhsil: Bakalavr
  • İş rejimi: Növbəli
  • Elan ID: 14216
  • E-poçt: [email protected]
  • Elanın yerləşdirmə tarixi: 08.07.2025
  • Elanın bitmə tarixi: 07.08.2025

Namizədə tələblər

  • Təhsil: Ali (Baynəlxalq Təhlükəsizlik Sertifikatı üstünlükdür);
  • SƏTƏM və ya əməyin təhlükəsizliyi üzrə ən azı 2-3 illik iş təcrübəsi;
  • Azərbaycan dilini sərbəst (ingilis və rus dili biliyinin olması üstünlükdür);
  • FHN tərəfindən verilmiş SƏTƏM sahəsi üzrə şəhadətnamə;
  • SƏTƏM normativləri və beynəlxalq standartları;
  • Yaxşı ünsiyyət və komanda ilə işləmə qabiliyyəti;
  • Ofis proqramlarında (word, excel və s.) sərbəst işləmə.
İş haqqında məlumat
  • İş yerlərində əməyin mühafizəsi üzrə qanunvericiliyin və normativ hüquqi aktların tələblərinə əməl edilməsinə nəzarət etmək;
  • SƏTƏM üzrə siyasət və prosedurların hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
  • Sahədə bədbəxt hadisələrin qarşısının alınması və əmək şəraitinin yaxşılaşdırılması üzrə profilaktik tədbirləri hazırlamaq və həyata keçirmək;
  • Xəsarətlər və hadisələr zamanı onların baş vermə səbəblərini araşdırmaq, onların qeydiyyatı və aradan qaldırılması üzrə tədbirləri həyata keçirmək;
  • Potensial təhlükə mənbəyi olan iş metodları, prosesləri və ya materialları üzrə işçilərin sağlamlığının mühafizəsinə yönəldilmiş tədbirləri tövsiyə etmək;
  • Təhlükəsizlik üzrə təlimat vermək, təhlükəsizlik ləvazimatlarından istifadə qaydalarını göstərmək, yeni işə qəbul edilən işçiləri təhlükəsizlik qaydaları ilə tanış etmək;
  • SƏTƏM təlimatlarında olan dəyişikliklərin hazırlanmasında iştirak etmək və işçiləri vaxtında məlumatlandırmaq;
  • Gördüyü işlərin həftəlik və aylıq hesabatını hazırlayaraq rəhbərliyə təqdim etmək.

 

İş şəraiti:  

  • İş rejimi: Növbəli;
  • Əmək haqqı: Müsahibə zamanı razılaşmaya əsasən təyin olunacaq;
  • Servis xidməti: Şirkət tərəfindən təmin edilir;
  • İş yeri: Bakı şəhəri, Balaxanı Sənaye Kompleksi.

 

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “SƏTƏM üzrə mütəxəssis” qeyd edərək Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. 

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: