- Kateqoriya: Sənaye və kənd təsərrüfatı
- Şəhər: Sumqayıt
- Ünvan: Kimyaçılar küçəsi 1, Azərbaycan Sumqayıt Kimya Sənaye Parkı
- İş təcrübəsi: 5 ildən çox
- Maaş: Müsahibə əsasında
- Təhsil: Bakalavr
- İş rejimi: Tam-ştat
- Nahar: Bəli verilir
- Elan ID: 16200
- E-poçt: [email protected]
- Əlaqə nömrəsi: +994 12 377 44 44
- Elanın yerləşdirmə tarixi: 22.01.2026
- Elanın bitmə tarixi: 21.02.2026
Namizədə tələblər
- Ali təhsil;
- İngilis dili biliyi yüksək səviyyədə, Rus dili biliyi üstünlükdür;
- MS Office proqramları;
- Müvafiq sahə üzrə ən azı 5 il iş təcrübəsi;
- İxtisas: Mexanika, Mühəndislik.
Bilməlidir:
- Xidmət edilən dəzgahların quruluşunu və istismarı qaydalarını;
- Dəzgahın pasportunu və çertyojlarını;
- Avadanlığın quruluşunu və konstruksiyasının xüsusiyyətlərini, onu idarə etmək sistemini və xidmət qaydalarını;
- Xüsusən mürəkkəb maşınların, yarımavtomat və avtomatların quruluşunu, kinematikasını və konstruksiya xüsusiyyətlərini;
- Sökülmüş, təmir olunmuş və quraşdırılmış sistemlərin fərdi sınaqdan keçirilmə qaydalarını, cihaz və avtomatizasiya sistemlərinin quraşdırılmasında üstü örtülmüş işlərin tərtib olunmasını;
- Yanğın təhlükəsizliyinin tələblərini bilməli və yanğından mühafizə vəsaitlərindən istifadəni.
İş haqqında məlumat
- Prosesdəki, dəzgah və avadanlıqlarda yarana biləcək potensial nasazlıqları müəyyənləşdirir, periodik təkrarlanan nasazlıqların kök-səbəb analizlərini zavoddakı mühəndis və texniki heyətlə birlikdə aparır və nəticəsini müəyyən edilmiş formatda hesabat (statistik təhlil, qrafik və s.) şəkilində mütəmadi olaraq şöbə rəisinə təqdim edir;
- Kritikliyi yüksək olan, dəzgah və avadanlıqların cari vəziyyətini müəyyənləşdirmək üçün periodik ölçmələr, diaqnostika işləri (vibrasiya analizi, termal kamera ölçümləri, dəzgahlarda istifadə olunan yağ nümunə analizləri, və s.) aparılmasını təmin edir;
- Ölçmələrin nəticəsinə görə, uyğunsuzluq yaranmış avadanlıqlarda aparılmış təmir işlərinin keyfiyyət standartlarına uyğun, norma, qayda və prosedurlara əsasən aparılmasını yoxlayır;
- Sahədə mütəmadi texniki yürüşlər keçirir, avadanlıqlardakı uyğunsuzluqları (avadanlığı düzgün istifadə edilməmə halları, düzgün olmayan təmir, avadanlıqda müşahidə edilən yüksək səs, titrəyiş, qığılcım və s. kimi mexaniki, elektrik, hidravlik və s. nasazlıqları ) müəyyən edir və əlaqəli sahə/şöbələrə, mühəndis, mexanik, elektrik və s. uyğunsuzluqların aradan qaldırılması;
- Texniki Xidmət və Təmir şöbəsinin “illik texniki xidmət və qabaqlayıcı təmir planı”nın hazırlanmasında texniki heyətlə birgə iştirak edir, təkliflər verir, eyni zamanda hazırlanmış plan əsasında sahədə aparılan bütün təmirlərin plana uyğun və yuxarıda qeyd edildiyi kimi uyğun keyfiyyətlə aparılmasına nəzarət edir;
- Aparılmış təmir işlərinin nəticələrinin yekun analizində, şöbə rəisi və digər mühəndis texniki heyətlə birgə iştirak edir, texniki işçilərdən qaynaqlanan nasazlıqlarla bağlı səriştə yetərsizliyi olan işçilərin uyğun təlimlərə cəlb edilməsini müəyyənləşdirib, təkliflər verir;
- Texniki xidmət və təmir şöbəsinin digər mühəndisləri ilə birgə, daimi araşdırmalar edir, bu sahədə yenilikləri təqib edir və təmirdə qabaqcıl texnologiyaların tətbiqi ilə bağlı təkliflər verir;
- Texniki xidmət və təmir şöbəsinin mal -material, xidmət və servis sifarişlərinin lazımi vaxtda təmin edilməsini təqib edir.
.İş qrafiki:
- Həftədə 5 gün / 8 saat: saat 09:00-dan 18:00-a qədər. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir;
- İstirahət günü: Şənbə və Bazar günü.
Namizədlərin dəyərləndirilmə prosesi:
- Birinci mərhələ- Məntiqdən test imtahanı;
- İkinci mərhələ- Texniki xidmət və təmir şöbə rəisi və İnsan resursları şöbə rəsi ilə müsahibə;
- Üçüncü mərhələ- Zavod müdiri ilə görüş, İşə qəbul.
Təminatlar:
- Nahar və servis (Bakı şəhəri üzrə) şirkət tərəfindən verilir.
Qeyd: Tələblərə uyğun gələn namizədlər CV-lərini “Təmir etibarlılığı üzrə mühəndis” başlığı altında qeyd edərək Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Ünvan: Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 1. AZ 5000. Azərbaycan Sumqayıt Kimya Sənaye Parkı.
Əlaqə nömrəsi: +994 12 377 44 44
Oxşar vakansiyalar
Pasha Real Estate
Layihəyə Nəzarət üzrə Mühəndis
Maaş: Müsahibə əsasında
30.01.2026
Bakı
15
Norm OJSC
Dülgər
Maaş: Müsahibə əsasında
30.01.2026
Bakı
12
E
Ecomag LTD
Mexanik
Maaş: Müsahibə əsasında
30.01.2026
Xırdalan
14
Core Construction
Keyfiyyətə Nəzarət üzrə mütəxəssis (QC İnspector)
Maaş: Müsahibə əsasında
28.01.2026
Bakı
28
Azinvest İnşaat
Sahə elektriki (Kəlbəcər və Xankəndi)
Maaş: 1200 AZN
21.01.2026
Bakı
94
G
Glensol
I&C Engineer
Maaş: Müsahibə əsasında
19.01.2026
Bakı
68