logo

Çağrı Mərkəzinin Meneceri

  • Kateqoriya: İnzibati
  • Şəhər: Bakı
  • İş təcrübəsi: 1-3 il
  • Maaş: Müsahibə əsasında
  • Təhsil: Bakalavr
  • İş rejimi: Tam-ştat
  • Namizəd: Xanım
  • Elan ID: 14170
  • E-poçt: [email protected]
  • Elanın yerləşdirmə tarixi: 04.07.2025
  • Elanın bitmə tarixi: 03.08.2025

Namizədə tələblər

  • Xanım namizədlərə üstünlük veriləcəkdir;
  • Ali təhsil;
  • Menecer vəzifəsində minimum 2 il iş təcrübəsinin olması;
  • Microsoft Office və Google Sheet bilikləri;
  • Yaxşı səviyyəsində kompüter bilikləri;
  • Yüksək səviyyədə kommunikasiya və danışıq qabiliyyəti;
  • Yüksək səviyyədə, planlama, liderlik və  idarəetmə qabiliyyəti;
  • Analitik düşüncə və təşəbbüskarlıq;
  • Problem həlletmə qabiliyyətinin yüksək olması. 
İş haqqında məlumat
  • Çağrı mərkəzinin gündəlik fəaliyyətinə nəzarət etmək, komandaya rəhbərlik etmək;
  • Operatorların iş cədvəllərini, iş yükünü və performansını planlaşdırmaq, eləcə də optimallaşdırmaq;
  • Loyallıq proqramı üzvləri ilə məlumat mübadiləsi, düzgün kommunikasiya və  layihə planına uyğun işin təşkili;
  • Çağrı mərkəzinin fəaliyyətini optimallaşdırmaq üçün zənglərin idarə olunması prosedurları, iş axınının idarə olunması və resursların bölüşdürülməsi daxil olmaqla planlar hazırlamaq və tətbiq etmək;
  • Müştəri sorğularının, şikayətlərinin və təkliflərinin vaxtında və keyfiyyətlə cavablandırılmasını təmin etmək;
  • SOP-ların (Standard Operating Procedures) yerinə yetirilməsini təmin etmək və onları təkmilləşdirmək;
  • Geri zənglər, SMS və effektiv kommunikasiyanın təşkili, eləcə də effektiv icrasına nəzarət etmək;
  • KSM layihələr və marketinq kampaniyaları zamanı  məlumat mübadiləsinin planlaması və təşkili;
  • Loyallıq proqramı üzvlərindən daxil olan şikayət və iradların həll olunması;
  • Komandada işləmək və əməkdaşlarla effektiv əlaqə qurmaq bacarığı;
  • Dinamik və sürətli iş mühitində işləmək bacarığı;
  • Təkmilləşmə imkanlarını və narahatlıq doğuran sahələri müəyyən etmək üçün çağrı mərkəzi məlumatlarını izləmək və təhlil etmək;
  • Rəhbərliyə gündəlik və həftəlik hesabatların təqdim olunması.

 

İş şəraiti:

  • Öyrədici və inkişafameyilli iş mühiti;
  • Əmək qanunvericiliyinə uyğun sənədləşmə;
  • İş vaxtı həftədə 6 gün;
  • Əmək haqqı müsahibə zamanı namizədin təcrübəsi, bilik və bacarıqları əsasında təyin olunur.

 

Maraqlı olan namizədlər öz CV-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına “Çağrı Mərkəzi Meneceri” başlığı altında göndərə bilərlər. 

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: