logo

Tibbi xidmətlərin strateji satınalması şöbəsinin mütəxəssisi/məsləhətçisi

  • Kateqoriya: İnzibati
  • Şəhər: Bakı
  • Ünvan: Begoc Biznes Mərkəzi
  • İş təcrübəsi: 1-3 il
  • Maaş: Müsahibə əsasında
  • Təhsil: Bakalavr
  • İş rejimi: Tam-ştat
  • Elan ID: 14126
  • E-poçt: [email protected]
  • Elanın yerləşdirmə tarixi: 03.07.2025
  • Elanın bitmə tarixi: 02.08.2025

Namizədə tələblər

  • Təhsil: İqtisadiyyat, səhiyyə iqtisadiyyatı, səhiyyə idarəetməsi, biznes analitika, tibb sahəsində ali təhsil;
  • Təcrübə: Səhiyyə və tibbi sığorta sahəsində 1-3 il iş təcrübəsi üstünlükdür (vəzifədən asılı olaraq);
  • Texniki biliklər: Excel, Power BI, PowerPoint proqramları üzrə yaxşı səviyyədə biliklər;
  • Şəxsi bacarıqlar: Təşəbbüskar, komandada işləmə, vaxtın idarə edilməsi və analitik təhlil bacarıqları;
  • Dil bilikləri: Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət, yaxşı səviyyədə ingilis dili biliyi.
İş haqqında məlumat
  • Göstərilən tibbi xidmət məlumatlarının toplanması, çeşidlənməsi, emalı və analitik təhlilinin aparılması;
  • Regional və beynəlxalq səviyyəli ən yaxşı təcrübələrin araşdırılması, müqayisəli təhlili və təkliflərin verilməsi;
  • Tibb müəssisələrinin xidmət çeşidinin regional effektivliyinin təhlili, proqnozların hazırlanması;
  • Proseslərin və ümumi yanaşmanın optimallaşdırılması və təkmilləşdirilməsi ilə bağlı təkliflərin verilməsi;
  • Təhlil edilən məlumatların müxtəlif alətlərlə vizuallaşdırılması.

 

Təklif etdiyimiz imkanlar:

  • Gənc və peşəkar kollektivdə çalışma şansı;
  • Yüksək komanda ruhu və zəngin təcrübə qazanmaq fürsəti;
  • Karyera inkişafı üçün yaradılan şərait;
  • Rəqabətədavamlı əmək haqqı;
  • İldə üç dəfə mükafatlandırma sistemi.

 

İş şəraiti:

  • İş qrafiki: Həftə içi 5 günlük iş rejimi (Bazar ertəsi – Cümə);
  • İş yeri: Bakı şəhəri, Begoc Biznes Mərkəzi.

 

Seçim mərhələləri:

  • Müraciətlərin nəzərdən keçirilməsi;
  • Müsahibə.

 

Müraciət qaydası:

  • CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur;
  • Məktubun “mövzu” bölməsində müraciət etdiyiniz vəzifənin adı mütləq qeyd edilməlidir;
  • Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

 

Sizə uğurlar arzu edirik və komandamıza qoşulmağınızı səbirsizliklə gözləyirik!

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: