logo

Dövlət xidmətlərinin dizaynı üzrə Aparıcı Mütəxəssis

  • Kateqoriya: İnzibati
  • Şəhər: Bakı
  • İş təcrübəsi: 3-5 il
  • Maaş: Müsahibə əsasında
  • Təhsil: Bakalavr
  • İş rejimi: Tam-ştat
  • Elan ID: 13097
  • Elanın yerləşdirmə tarixi: 05.05.2025
  • Elanın bitmə tarixi: 04.06.2025

Namizədə tələblər

  • Dövlət xidmətlərinin təşkili və hüquqi əsasları barədə geniş biliklər;
  • Dövlət orqanlarının fəaliyyət prinsipləri və informasiya sistemlərinin əsas iş mexanizmləri ilə tanışlıq;
  • Analitik və tənqidi düşüncə qabiliyyəti, problem həll etmə bacarığı;
  • Azərbaycan dili (əla), İngilis dili (yaxşı), Rus dili (arzuolunandır);
  • BPMN və xidmət dizaynı sahəsində təcrübə;
  • Excel və digər analitik proqramlarda işləmək bacarığı;
  • Kommunikasiya və təqdimat bacarıqları, təşəbbüskarlıq və məsuliyyətlilik;
  • Hüquqşünaslıq ixtisası üzrə ali təhsil arzuolunandır;
  • Sahə üzrə ən azı 3 il iş təcrübəsi;
  • Dövlət qurumları və ya böyük miqyaslı təşkilatlarla iş təcrübəsi;
  • Proaktivlik və müstəqil işləmə qabiliyyəti;
  • İnnovasiya və rəqəmsal inkişafda yerli və beynəlxalq bazar dinamikası və tendensiyaları haqqında anlayış;
  • İnnovasiya, İKT və ya rəqəmsal transformasiya sektorlarında təcrübə arzuolunandır.
İş haqqında məlumat
  • Dövlət xidmətlərinin təqdim olunması proseslərinin təhlili və sənədləşdirilməsi;
  • Xidmətlərin optimallaşdırılması və rəqəmsallaşdırılması üzrə təkliflərin hazırlanması;
  • Beynəlxalq qabaqcıl təcrübələrin araşdırılması və yerli kontekstdə tətbiqi imkanlarının qiymətləndirilməsi;
  • Texniki məlumatları qeyri-texniki maraqlı tərəflərə aydın və başa düşülən şəkildə kommunikasiya edilməsi;
  • Xidmət proseslərinin BPMN (Business Process Model and Notation) standartına uyğun modelləşdirilməsi;
  • Xidmətlərlə bağlı normativ-hüquqi bazanın öyrənilməsi və tətbiqə dair tövsiyələrin hazırlanması;
  • Rəqəmsallaşma təşəbbüslərinin həyata keçirilməsi zamanı digər dövlət qurumları ilə əməkdaşlıq və koordinasiya;
  • Layihə çərçivəsində hesabatların, təhlillərin və təqdimat materiallarının hazırlanması;
  • Vətəndaş yönümlü xidmət dizaynının formalaşdırılmasında iştirak;
  • Komanda daxili metodoloji dəstəyin göstərilməsi və bilik ötürülməsi;
  • İnzibati işlər.

 

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: