Kredit İdarəsinin Layihə maliyyələşdirilməsi kreditlərinin təhlili və nəzarət şöbəsinin mütəxəssisi
- Kateqoriya: Maliyyə
- Şəhər: Bakı
- İş təcrübəsi: 3-5 il
- Maaş: Müsahibə əsasında
- Təhsil: Magistratura
- İş rejimi: Tam-ştat
- Elan ID: 15547
- Elanın yerləşdirmə tarixi: 22.11.2025
- Elanın bitmə tarixi: 22.12.2025
Namizədə tələblər
- İqtisadiyyat, maliyyə və bank işi sahəsində ali magistr təhsili;
- Biznes kreditləri, o cümlədən layihə maliyyəşdirilməsi kreditləri üzrə təhlil bacarığı və bu sahədə iş təcrübəsi;
- Bankda Kredit sahəsində (Biznes kreditləri sahəsində iş təcrübəsi arzuolunandır) minimum 3 il iş təcrübəsi;
- Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı;
- Analitik düşüncə və detallara fikir vermə qabiliyyəti;
- Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
- Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
- Yüksək qavrama və öyrənmə qabiliyyəti;
- Xarici dil bilikləri (rus və ingilis) arzuolunandır.
İş haqqında məlumat
- Layihələrin maliyyələşdirilməsi məqsədilə biznes kreditlərinin əldə edilməsi üçün Banka daxil olan müraciətlərə baxmaq, aparılmış maliyyə-iqtisadi təhlilin tamlığını yoxlamaq, kredit sifarişinin bütün tələb olunan sənədlərlə birlikdə bankdaxili qaydalara uyğun olaraq müvafiq səlahiyyətli kredit komitəsinin iclasının müzakirəsinə çıxarmaq üçün rəy hazırlamaq;
- Layihə maliyyələşdirilməsi kreditləşməsinin bütün mərhələlərində prosesinin gedişatını izləmək, layihənin gedişatını nəzarətdə saxlamaq və zərurət olduqda müştərilərlə görüşlər keçirmək;
- Bank tərəfindən maliyyələşdirilən layihələr ilə əlaqəli olan aktivin, o cümlədən həmin aktivin yaratdığı gəlirlər, həminçinin, layihələr üzrə kredit öhdəliklərinin icrası üçün yetərli pul axınları üzərində mütəmadi olaraq nəzarəti həyata keçirmək;
- Layihənin inkişaf mərhələlərinin, proqnozlaşdırılan bütün xərclərinin, habelə əməliyyat fazasının əhatə olunduğu biznes plana uyğun olaraq layihənin icrasını nəzarətdə saxlamaq;
- Layihənin icrası üçün layihəçi, podratçı və layihənin icrasında iştirak edən digər şəxslərlə müqavilələrin (niyyət protokolunun və ya digər razılaşma sənədinin), layihə üzrə zəruri olan bütün icazə və digər hüquqmüəyyənedici sənədlərin tamlığını yoxlamaq və layihə maliyyələşdirilməsi kreditləri üzrə vəsaitlərin yalnız tələb olunan icazə və digər hüquqmüəyyənedici sənədlər Banka təqdim edildikdən sonra verilməsinə nəzarət etmək;
- Layihə maliyyələşdirilməsi kreditlərinin Bankın əməliyyat sistemində düzgün təsnifləşdirilməsinə nəzarət etmək;
- Layihə maliyyələşdirilməsi kreditlərinin Mərkəzi Bankın müvafiq kreditlərin prudensial tənzimlənməsi qaydalarına uyğun rəsmiləşdirilməsinə nəzarət etmək;
- Şöbənin fəaliyyəti ilə əlaqədar İdarə rəisi/müavin(lər)nin verdiyi, həmçinin, iş prosesi zamanı yaranan digər tapşırıqları yerinə yetirmək.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Oxşar vakansiyalar
Auto Azerbaijan
Mühasibatlıq şöbəsi - Baş mütəxəssis
Maaş: Müsahibə əsasında
29.11.2025
Bakı
21
Mint Services MMC
Əmək haqqı hesablanması üzrə mütəxəssis
Maaş: 1600 - 1800 AZN
28.11.2025
Bakı
48
ARAZ Supermarket
Malliyə Departamenti/ Maliyyə Biznes Tərəfaşlıq üzrə Analitik
Maaş: Müsahibə əsasında
25.11.2025
Bakı
56
Azərbaycan Kredit Bürosu
Kiçik mütəxəssis
Maaş: Müsahibə əsasında
24.11.2025
Bakı
54
T
TREVA
Brokerlərlə İş üzrə Təcrübəçi
Maaş: Müsahibə əsasında
22.11.2025
Bakı
63
PASHA Bank
Kredit Risklərinin İdarə Edilməsi şöbəsinin Təhlil və Portfolionun İdarə Edilməsi qrupu üzrə Mütəxəssis
Maaş: Müsahibə əsasında
21.11.2025
Bakı
63