Kredit Risklərinin İdarə Edilməsi şöbəsinin Təhlil və Portfolionun İdarə Edilməsi qrupu üzrə Mütəxəssis
- Kateqoriya: Maliyyə
- Şəhər: Bakı
- İş təcrübəsi: 1-3 il
- Maaş: Müsahibə əsasında
- Təhsil: Bakalavr
- İş rejimi: Tam-ştat
- Elan ID: 15527
- Elanın yerləşdirmə tarixi: 21.11.2025
- Elanın bitmə tarixi: 21.12.2025
Namizədə tələblər
- Təhsil: Maliyyə, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə bakalavr dərəcəsi;
- İş təcrübəsi: Kredit, Risk və ya müvafiq sahə üzrə minimum ən azı 1 il iş təcrübəsi;
- Xarici dil: İngilis dili (səlis);
- Kompüter bilikləri: Microsoft Office, Powerpoint, Pyton, Tableu;
- Məhsul üzrə biliklər- Bank məhsulları üzrə biliklər tələb edilir;
- Başqa tələblər: - Maliyyə hesabatları bilikləri və ünsiyyət bacarığı arzu olunandır.
İş haqqında məlumat
- Bank sistemlərindən və bankın müvafiq struktur bölmələrindən kredit riski məlumatlarının yığılmasını və maraqlı tərəflərə hesabatların təqdim edilməsini təmin etmək;
- Kredit riski ilə bağlı itkiləri minimuma endirmək və artım gözləntilərinə uyğun olaraq kredit portfelinin aktiv keyfiyyətini artırmaq məqsədi daşıyan zərərin proqnozlaşdırılması, portfelin stress testi, vintaj təhlili və digər məqsədyönlü təhlillər üçün istifadə olunan müxtəlif modelləri hazırlamaq və/yaxud onlara məsləhət vermək;
- Bank üzrə kredit risklərinin qiymətləndirilməsi və idarə edilməsi məqsədilə biznes və risk menecerlərlə yaxından işləmək;
- Məhsulların və prosedurların təhlili əsasında təkliflərin verilməsi və lazım gəldikdə tədbirlər planlarını hazırlamaq;
- Bazardakı kredit riskləri trendlərinin izlənməsi və məlumatın həmkarlarla və rəhbərliklə paylaşmaq;
- Sistematik metodologiya təkmilləşdirmələrinin qiymətləndirilməsi, hazırlanması və həyata keçirilməsinə dəstək;
- Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar və s.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Oxşar vakansiyalar
Auto Azerbaijan
Mühasibatlıq şöbəsi - Baş mütəxəssis
Maaş: Müsahibə əsasında
29.11.2025
Bakı
21
Mint Services MMC
Əmək haqqı hesablanması üzrə mütəxəssis
Maaş: 1600 - 1800 AZN
28.11.2025
Bakı
48
ARAZ Supermarket
Malliyə Departamenti/ Maliyyə Biznes Tərəfaşlıq üzrə Analitik
Maaş: Müsahibə əsasında
25.11.2025
Bakı
56
Azərbaycan Kredit Bürosu
Kiçik mütəxəssis
Maaş: Müsahibə əsasında
24.11.2025
Bakı
54
T
TREVA
Brokerlərlə İş üzrə Təcrübəçi
Maaş: Müsahibə əsasında
22.11.2025
Bakı
63
Xalq Bank
Kredit İdarəsinin Layihə maliyyələşdirilməsi kreditlərinin təhlili və nəzarət şöbəsinin mütəxəssisi
Maaş: Müsahibə əsasında
22.11.2025
Bakı
60