logo

Marketinq Meneceri

  • Kateqoriya: Marketinq
  • Şəhər: Bakı
  • İş təcrübəsi: 1 ildən az
  • Maaş: Müsahibə əsasında
  • İş rejimi: Tam-ştat
  • Nahar: Bəli verilir
  • Elan ID: 13833
  • Elanın yerləşdirmə tarixi: 05.06.2025
  • Elanın bitmə tarixi: 05.07.2025

Namizədə tələblər

Analitik və tənqidi düşüncə bacarığı

  • Məlumatları düzgün təhlil etmək, əsas nəticələri çıxarmaq və strategiyalara çevirmək qabiliyyəti

 

Kommunikasiya və təqdimat bacarığı

  • Müxtəlif auditoriyalara aydın və təsirli şəkildə məlumat çatdırmaq
  • Yazılı və şifahi ünsiyyət bacarığının yüksək səviyyədə olması

 

Tədqiqat və məlumat toplama bacarığı

  • Sorğu dizaynı, fokus qrup idarəetməsi və sahə araşdırmaları aparmaq təcrübəsi
  • İkincil mənbələrdən məlumat toplamaq bacarığı (bazar hesabatları, rəqəmsal alətlər və s.)

 

Texniki bacarıqlar

  • Excel, SAP, Power BI, Google Analytics, Tableau və ya digər analitik alətləri bilmək
  • Anket platformaları (SurveyMonkey, Google Forms və s.) ilə işləmə təcrübəsi

 

Strateji düşüncə və təşəbbüskarlıq

  • Araşdırma nəticələrini şirkətin məqsədləri ilə əlaqələndirmək bacarığı
  • Yeni layihələr və təşəbbüslərlə çıxış etmək

 

Şəxsi keyfiyyətlər:

  • Problemlərin həll olunmasında kreativ yanaşma.
  • Komandada işləmək bacarığı.
  • Stressə davamlılıq və vaxtın idarə edilməsi bacarığı.
İş haqqında məlumat

"Veysəloğlu" MMC Şirniyyat-1 Kateqoriyası üzrə İdarəedici Direktorluq, "Marketinq Meneceri" (Ulduz Məhsulları üzrə) vakansiyasını elan edir. Ətraflı məlumatla aşağıda tanış ola bilərsiniz:

 

Vəzifə öhdəlikləri:

  • Bazar araşdırmalarının planlaşdırılması və həyata keçirilməsi
  • Mövcud və potensial bazarların təhlili
  • Müştəri ehtiyacları, rəqib fəaliyyətləri və trendlərlə bağlı məlumatların toplanması
  • Sorğular, fokus qruplar və digər tədqiqat metodlarından istifadə edərək məlumatların toplanması və təhlili

 

Məlumatların təhlili və hesabatların hazırlanması

  • Toplanmış məlumatların strukturlaşdırılması və statistik təhlili
  • Marketinq strategiyalarına dəstək məqsədilə analitik hesabatların hazırlanması
  • Rəhbərliyə əsaslandırılmış təklif və nəticələrin təqdim olunması

 

Marketinq strategiyalarının formalaşmasına töhfə vermək

  • Alıcı araşdırmaları nəticələrinə əsaslanaraq yeni məhsul, xidmət və ya kampaniyalar üçün təkliflər vermək
  • Şirkətin brend mövqeyinin gücləndirilməsinə dəstək göstərmək
  • Rəqib analizləri apararaq rəqabət üstünlüyü yaratmaq üçün strategiyalar irəli sürmək
  • Alıcı yayımı işlərini idərə etmək (araşdırma dəstəyi ilə), bazardakı çeşidlərin çoxaldılmasını təmin etmək (satış kateqoriyasına və çeşid kateqoriyasına görə müqayisə etmə /benchmarking), yayım işləri üçün ehtiyacları təyin etmək, həmçinin həyata keçirməni təşkil etmək

 

Kampaniya planlaması və idarə edilməsini həyata keçirmək

  • Müştəri ehtiyaclarına bağlı olaraq bazardakı çeşidləri yenidən təşkil etmək (bərabərləşdirmək)

 

Təkliflər:

  • Müxtəlif maraqlı layihələrdə iştirak və peşəkar inkişaf imkanı.
  • Əməkhaqqı: Müsahibə əsasında təyin olunacaq.

 

Təminatlar:

  • İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
  • Nahar ilə təmin edilmə.
  • İş yeri: Bakı şəhəri
  • İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək

 

Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Marketinq Meneceri” qeyd etməklə [email protected] elektron poçt ünvanına və ya https://karyera.veyseloglu.az/ saytına göndərə bilərlər.

 

Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: