logo

Satınalma departamenti rəhbərinin müavini (Tikinti sahəsi)

  • Kateqoriya: İnzibati
  • Şəhər: Bakı
  • İş təcrübəsi: 3-5 il
  • Maaş: Müsahibə əsasında
  • Təhsil: Texniki təhsil
  • İş rejimi: Tam-ştat
  • Sığorta: Bəli olunur
  • Elan ID: 15066
  • E-poçt: [email protected]
  • Elanın yerləşdirmə tarixi: 10.10.2025
  • Elanın bitmə tarixi: 09.11.2025

Namizədə tələblər

  • Ali texniki təhsil;
  • Müvafiq sahədə minimum 3-5 il iş təcrübəsi (1-2 il rəhbər vəzifədə);
  • Tikinti sahəsində təcrübə zəruridir;
  • Təchizat bazarı və satınalma prosedurları haqqında geniş biliklər;
  • Effektiv ünsiyyət və danışıqlar aparmaq bacarığı;
  • MS Office proqramlarında sərbəst işləmə bacarığı (xüsusilə Excel);
  • Məsuliyyətli və detallara diqqətli olmalıdır;
  • Azərbaycan dili zəruridir, rus və ya ingilis dillərini bilməsi üstünlükdür.
İş haqqında məlumat
  • Satınalma prosesinə dəstək olaraq prosesin düzgün icrasına nəzarət etmək;
  • Tədarükçülərin seçimi və qiymətləndirmə prosesində iştirak etmək, alış tələblərini ilkin olaraq nəzərdən keçirmək və müvafiq şöbələrlə əlaqələndirmək;
  • Yerli və xarici təchizatçıların araşdırılmasında və bazanın yenilənməsində kömək etmək;
  • Satınalma bazarının təhlilində iştirak etmək və rəhbərin göstərişinə əsasən yeni təchizatçıların axtarışını həyata keçirmək;
  • Tədarükçülərlə aparılan danışıqlarda iştirak etmək və ya rəhbərin tapşırığı ilə danışıqlar aparmaq;
  • Təsdiqlənmiş tələbnamələrin icrasını əlaqələndirmək və sənədləşmədə dəstək vermək;
  • Satın alınmış mallar və xidmətlər üzrə məlumat bazasının hazırlanması və yenilənməsində iştirak etmək, xərclərə nəzarətdə rəhbərə hesabatlar təqdim etmək;
  • Rəqabətli qiymət sorğusu prosesində iştirak etmək və bu sistemin düzgün işləməsinə nəzarət etmək;
  • Müqavilə detallarının təhlilində dəstək olmaq və xərclərin uzlaşdırılmasında iştirak etmək;
  • Şirkətin inzibati və qeydiyyat işləri ilə bağlı daxili prosedurlara əməl olunmasına nəzarət etmək;
  • Satınalınmış məhsul və xidmətlərin aidiyyəti şəxslərə çatdırılmasına nəzarət etmək və bu barədə hesabatlar hazırlamaq;
  • Lazım gəldikdə daşınma və gömrük proseslərində rəhbərə dəstək olmaq və prosesi yerinə yetirmək;
  • Vəzifə öhdəlikləri çərçivəsində ezamiyyətlərə getmək.

 

Əmək şəraiti:

  • Pozitiv və dəstəkləyici iş mühiti
  • İş qrafiki: Bazar ertəsi – Cümə günü (5 gün)
  • İş vaxtı: 09:00-18:00
  • Könüllü tibbi sığorta
  • Əmək haqqı işçinin təcrübə və bacarıqlarına uyğun olaraq tərəflər arasında razılaşdırılır

 

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Satınalma departamenti rəhbərinin müavini” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: