logo

Satınalma üzrə baş mütəxəssis

  • Kateqoriya: İnzibati
  • Şəhər: Bakı
  • İş təcrübəsi: 5 ildən çox
  • Maaş: Müsahibə əsasında
  • Təhsil: Bakalavr
  • İş rejimi: Tam-ştat
  • Elan ID: 15069
  • E-poçt: [email protected]
  • Elanın yerləşdirmə tarixi: 10.10.2025
  • Elanın bitmə tarixi: 09.11.2025

Namizədə tələblər

Təhsil:

  • Ali təhsil.
  • Satınalmalar istiqamətində sertifikasiyanın olması mütləqdir.
  • CIPS Sertifikatı və ya İrəli dərəcə (Advance level) sertifikatın olması vacibdir.

 

Bacarıqlar və təcrübə:

  • Minimum 5 il satınalma sahəsində iş təcrübəsi.
  • İT və texniki satınalma sahəsində təcrübə üstünlükdür.
  • Strateji satınalma.
  • Bazar analizi.
  • Müqavilə idarəetməsi.
  • Təchizatçı münasibətlərinin idarə olunması (SRM).
  • Xərc optimizasiyası və ümumi mülkiyyət dəyəri (TCO).
  • Kateqoriya idarəetməsi.
  • Satınalma risklərinin idarəolunması.
  • Danışıqlar və təsir bacarığı.

 

Kompüter bilikləri:

  • MS Excel, MS Word, MS Outlook (əla).
  • 1C və ya digər ERP satınalma alətləri üzrə yüksək səviyyədə bilik.

 

Fərdi bacarıqlar\ Davranışlar

  • Gündəlik əməliyyatlarda dürüst olmaq:  hər zaman düzgün addımları düzgün yollarla atmaq.
  • Ünsiyyətqurma.
  • Stresin idarə olunması.
  • Vaxtın idarəedilməsi.

 

Dil bilikləri:

  • Azərbaycan, İngilis və Rus dillərində sərbəst ünsiyyət qurmaq bacarığı.
İş haqqında məlumat

Hal-hazırda “PAŞA Technology” MMC Satınalma üzrə baş mütəxəssis” vəzifəsi üzrə vakansiya elan edir.

 

Əsas öhdəliklər:

  • Satınalma sifarişlərinin (Purchase Order – PO) vaxtında və dəqiq şəkildə, Satınalma SLA-sına uyğun icrasını təmin etmək;
  • Müxtəlif texniki istiqamətlər üzrə tender və rəqabətli satınalma proseslərinin planlaşdırılması, təşkili və icrasına rəhbərlik etmək;
  • Xərc azaldılması, proses səmərəliliyi və performansın artırılması məqsədlərinə davamlı şəkildə nail olmaq;
  • Təchizatçılarla güclü işgüzar münasibətləri idarə etmək, tələb olunan tərəfdaşlıq statuslarını və sertifikatları yeniləmək və qorumaq;
  • İT bazarını və texnoloji tendensiyaları mütəmadi izləmək, yeni məhsullar və texnologiyalar haqqında məlumatlı olmaq;
  • Təchizatçılar tərəfindən keçirilən tədbirlərdə, seminar və təqdimatlarda iştirak etmək;
  • Zəruri hallarda istifadəçilərə satınalma sorğularının formalaşdırılmasında dəstək göstərmək;
  • Hər bir tələbat üçün müvafiq satınalma strategiyasını və üsulunu Satınalma Siyasəti və Texniki Təminat Proseduruna əsasən müəyyən etmək;
  • Kotirovka sorğularını aparmaq, təklifləri qiymətləndirmək, danışıqlar aparmaq və qiymət, keyfiyyət və təhvil müddətinə görə ən optimal təchizatçını seçmək;
  • Təchizatçılar və daxili maraqlı tərəflərlə gündəlik koordinasiyanı təmin etmək;
  • Satınalma fəaliyyətinə dair performans göstəriciləri (KPI-lər) və nəticələr barədə rəhbərliyə müntəzəm hesabatlar təqdim etmək;
  • Satınalma fəaliyyətinin tam şəkildə daxili qaydalara, etik prinsiplərə və audit tələblərinə uyğunluğunu təmin etmək;
  • Etik Satınalma Prinsipləri bilikləri və tədbiqi.

 

Müraciət etmək istəyən namizədlər vakansiyanın adını “mövzu” bölməsində qeyd etməklə CV-ni Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. İşə qəbul prosesinin növbəti mərhələsi üçün  vakansiyanın tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanacaq.

  • Şirkətlər
    Vakansiya yerləşdir
    CV-lər
  • İş axtaranlar
    CV yerləşdir
    Vakansiyalar
  • Digər
    Haqqımızda
    Məqalələr
    Qaydalar və iş prinsipi
    Məxfilik

Təklif və suallarınız: