- Kateqoriya: Informasiya texnologiyaları
- Şəhər: Bakı
- İş təcrübəsi: 1-3 il
- Maaş: Müsahibə əsasında
- Təhsil: Bakalavr
- İş rejimi: Tam-ştat
- Elan ID: 16790
- Elanın yerləşdirmə tarixi: 20.04.2026
- Elanın bitmə tarixi: 20.05.2026
Namizədə tələblər
- Ali təhsil (bakalavr)
- İnformasiya təhlükəsizliyi və ya əlaqəli sahədə minimum 2 il iş təcrübəsi
- Beynəlxalq təhlükəsizlik sertifikatları arzuolunandır
Bilik və Bacarıqlar:
- Windows Server, Windows və Linux əməliyyat sistemləri üzrə yaxşı biliklər
- SIEM üzrə əla biliklər
- Firewall və korporativ antiviruslar üzrə yaxşı biliklər
- WAF, HIDS/HIP üzrə yaxşı biliklər
- NIDS/NIPS, NGFW üzrə yaxşı biliklər
- Vulnerability Management üzrə orta səviyyədə biliklər
- DLP üzrə orta səviyyədə biliklər
- Analitik düşüncə və problem həll etmə bacarığı
- Stresə davamlılıq və məsuliyyətlilik
- Effektiv ünsiyyət və komanda ilə işləmək bacarığı
- Dil bilikləri: Azərbaycan, İngilis, Rus
İş haqqında məlumat
PAŞA Sığorta ASC namizədləri Təhlükəsizlik əməliyyatları analitiki vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Təhlükəsizlik əməliyyatları analitiki kimi əsas məqsədiniz şirkətin rəqəmsal infrastrukturunun təhlükəsizliyinin təmin edilməsinə, risklərin vaxtında aşkarlanmasına və qarşısının alınmasına, həmçinin təhlükəsizlik üzrə monitorinq, analiz və hesabatların hazırlanmasına töhfə verməkdir. Bu vəzifə İT və İnformasiya Təhlükəsizliyi komandaları ilə sıx əməkdaşlıq etməyi, şəbəkə və sistemlərdəki boşluqların müəyyənləşdirilməsini və onların effektiv şəkildə aradan qaldırılmasını əhatə edir.
Öhdəliklər:
- Şəbəkənin və rəqəmsal infrastrukturun gündəlik monitorinqinin və "log" analizinin aparılması
- İnformasiya Sistemlərində istifadəçilərin və administratorların girişlərinə və səlahiyyətlərinə nəzarət edilməsi
- İnformasiya təhlükəsizliyi alətləri vasitəsilə şəbəkə, kompüter sistemləri və veb tətbiqlərdə boşluqların və təhdidlərin aşkarlanması üçün skanlamaların aparılması və hesabatların hazırlanması
- Aşkarlanmış boşluqların aradan qaldırılması üçün İT və İnformasiya Təhlükəsizliyi komandaları ilə sıx əməkdaşlıq etmək
- Müxtəlif təhlükəsizlik məhsullarının gündəlik monitorinqi, hesabatların çıxarılması və analizinin aparılması
- Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi
Bizim Təklifimiz:
- Peşəkar və dinamik komandada işləmək imkanı
- Fərdi və peşəkar inkişaf üçün dəstək və təlim imkanları
- Şirkət daxilində şəffaflıq və əməkdaşlıq mədəniyyəti
- İnnovativ layihələrdə iştirak və real təsir yaratmaq imkanı
- “Great Place To Work” sertifikatlı şirkətdə çalışma imkanı
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiyalar
M
MicroTech LLC
AI Data Center Business Development Manager
Maaş: 3500 - 4000 AZN
23.04.2026
Bakı
24
Aviation Services Group
Amadeus Texniki dəstək heyəti
Maaş: 1060 AZN
21.04.2026
Bakı
54
AZRİB MMC
Şəbəkələr üzrə Təftişçi
Maaş: Müsahibə əsasında
15.04.2026
Bakı
84
Veysəloğlu-Rossmann
Təhlükəsizlik sistemləri üzrə mütəxəssis
Maaş: Müsahibə əsasında
13.04.2026
Bakı
110
Bank Respublika ASC
Sistem analitiki (İT biznes analitik)
Maaş: Müsahibə əsasında
09.04.2026
Bakı
95
Bestcomp Group
Kabel sistemləri üzrə mütəxəssis
Maaş: Müsahibə əsasında
02.04.2026
Bakı
115