
- Kateqoriya: İnzibati
- Şəhər: Bakı
- İş təcrübəsi: 1 ildən az
- Maaş: Müsahibə əsasında
- Təhsil: Bakalavr
- İş rejimi: Tam-ştat
- Elan ID: 15051
- Elanın yerləşdirmə tarixi: 08.10.2025
- Elanın bitmə tarixi: 07.11.2025
Namizədə tələblər
Təhsil Tələbi
- İqtisadiyyat və idarəetmə ixtisasları qrupu üzrə ali təhsil – üstünlük hesab edilir
Dil Bilikləri
- Azərbaycan dili – C2 səviyyəsində (yüksək səviyyədə yazılı və şifahi)
- İngilis dili – B2 səviyyəsində
- Rus dili – B2 səviyyəsində
Qanunvericilik və Normativ Biliklər
- Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanunu
- “Uşaq hüquqları haqqında” Qanun
- BMT-nin Uşaq Hüquqları Konvensiyası haqqında ümumi məlumat
- Əmək qanunvericiliyinin müvafiq maddələri
- Əməyin mühafizəsi, texniki təhlükəsizlik, sanitar-gigiyena və yanğından mühafizə qaydaları
Peşəkar və Pedaqoji Biliklər
- Ümumi təhsil sahəsində tətbiq olunan kurikulumlar
- Şagird mərkəzli müasir pedaqoji yanaşmalar
- Təhsil sahəsindəki qlobal çağırışlar və təşəbbüslər
- Təqdimat üsullarını mənimsəmək
- Hesabatların hazırlanması bacarığı
Texnoloji Bacarıqlar
- İKT bacarıqları
- MS Office proqramlarında yüksək səviyyədə işləmək
- Yeni texnoloji alət və vasitələrdən səmərəli istifadə bacarığı
İdarəetmə və Analitik Bacarıqlar
- Zamanın səmərəli idarə edilməsi
- Effektiv iş planlaşdırmaq və təşkil etmək
- Dəyişikliklərin idarə olunmasında təcrübə
- Planlaşdırma və təşkilatçılıq bacarığı
- Kritik düşünmə bacarığı
Şəxsi Keyfiyyətlər və Davranış Bacarıqları
- Dəyişikliyə açıq olmaq
- Proaktivlik
- Əməkdaşlıq etmə bacarığı
- Ədalətlilik
- Məsuliyyətlilik və cavabdehlik
- İnkişaf yönlü düşüncə tərzi (Growth mindset)
- Daxili və xarici müştəri yönümlülük
- Səbirlilik
- Emosional zəka (EQ)
- Yüksək əxlaqi-mənəvi keyfiyyətlər
İş haqqında məlumat
- Mərkəzin tanıtımı və şagird qeydiyyatı ilə bağlı bütün fəaliyyətləri, təsdiqlənmiş müvafiq marketinq və kommunikasiya əl kitabına uyğun şəkildə həyata keçirməli;
- Telefon, sosial media, elektron poçt və mərkəzi ziyarət edərək daxil olan müştəri müraciətləri ilə bağlı hesabatları hazırlamalı və Qəbul, Marketinq və Kommunikasiya Bölməsinin müdirinə təqdim etməli;
- Şagirdlərin müraciətləri toplayıb, Potensial Valideyn siyahısını hazırlamalı və həmin siyahıya əsasən valideynlərlə əlaqə quraraq qəbul prosesini həyata keçirməli;
- Valideynlərə mərkəzin tanıdılması məqsədilə təqdimatlar təşkil etməli və Mərkəzin tanıtımını artırmaq üçün müvafiq tədbirləri planlaşdırmalı;
- Şagirdlərin qeydiyyat şərtlərini və ödəniş cədvəlini dəqiqləşdirməli və Mərkəzin daxili qaydaları ilə bağlı valideynlərə yazılı məlumat verməli;
- İlik İş Təqviminə uyğun olaraq valideynlərin dəvət olunduğu sərgi, şou, teatr, müsabiqə, seminar kimi tədbirlərdə valideynlərin qarşılanmasını və yönləndirilməsini təmin etməli;
- İl ərzində edilən dəyişiklikləri izləyib tədbirləri müvafiq olaraq planlaşdırmalı;
- Bütün dövri iclaslarda iştirak edərək üzərinə düşən vəzifələri yerinə yetirməli, məktəb rəhbərliyi tərəfindən göndərilən elektron mesajları yoxlayıb müvafiq işləri yerinə yetirməli;
- Mərkəzin məlumat məxfiliyinə əhəmiyyət verib məlumatları yalnız müvafiq şəxslərlə paylaşmalı;
- Fəaliyyətini daxili və xarici müştəri məmnuniyyətini nəzərə alaraq həyata keçirməli;
- Aylıq və illik fəaliyyət hesabatları hazırlamalı və müdirə təqdim etməli.
- Bütün texniki nasazlıqları müvafiq şöbələrə bildirməli və hər hansı nasazlıq hallarında rəy və təkliflər verərək kömək etməlidir.
İş saatı
- 09:00 - 18:00
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Oxşar vakansiyalar

Olivia Beauty & Care
Layihə meneceri
Maaş: Müsahibə əsasında
10.10.2025
Bakı
71

PASHA Technology
Satınalma üzrə baş mütəxəssis
Maaş: Müsahibə əsasında
10.10.2025
Bakı
52

AZCD Group QSC
Satınalma departamenti rəhbərinin müavini (Tikinti sahəsi)
Maaş: Müsahibə əsasında
10.10.2025
Bakı
53
W
Wemark
Unity Developer
Maaş: Müsahibə əsasında
10.10.2025
Bakı
48
İ
İmperial Logistics
Müştəri dəstəyi üzrə mütəxəssis
Maaş: Müsahibə əsasında
09.10.2025
Bakı
75

AzRose
Satınalma üzrə baş/aparıcı mütəxəssis (Qəbələ)
Maaş: Müsahibə əsasında
09.10.2025
Qəbələ
51